Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

“2025-ci ildə bu filmləri izləyə biləcəyik – SİYAHI” 

2025-ci ilin kino sənayesində yeniliklərlə dolu olacağı gözlənilir. Bu il kinosevərlər üçün bir çox maraqlı və fərqli janrda
Cavidan 3 Yanvar, 2025

2025-ci ilin kino sənayesində yeniliklərlə dolu olacağı gözlənilir. Bu il kinosevərlər üçün bir çox maraqlı və fərqli janrda filmlər təqdim ediləcək. 

Həmin filmlərini bəzilərini təqdim edirik.

Bu gündən – 3 yanvar tarixindən kinoteatrlarda nümayiş olunan “Nosferatu” filmi: Bram Stokerin 1897-ci ildə yazdığı “Drakula” romanı əsasında 1922-ci ildə lentə alınan səssiz filmi yenidən şərh edilib, ekran işində vampirlərin qaranlıq dünyası təsvir edilir. Əsasən qorxu filmləri ilə tanınan rejissor Robert Eqqersin bu ekran işinin baş rolları Lily-Rose Depp, Nikolas Holt, Uilem Dafoe və Bill Skarsgard canlandırır.

Elmi fantastika və qara komediya janrında çəkilən, Oskar mükafatlı rejissor Bong Joon-Honun “Mickey 17” filmi də bu ilin gözlənilən ekran işləri sırasındadır. Kinoda planetlər və ulduzlararası səyahətlərdən, həmçinin bu səyahətlərin qəhrəmanlarından bəhs edilir. Baş rolu Robert Pattinsonun canlandırdığı ekran işi 18 apreldə kinosevərlərin görüşünə gələcək.

Colson Uaythedinin eyniadlı romanı əsasında eranlaşdırılan “Nikel Boys” filmi də bu il yayımlanacaq ekran əsərlərindəndir. Film Dozier Məktəbinin tarixindən, məktəb kollektivinin şagirdlərə qarşı necə qəddar davranmasından və qaradərili bir yeniyetmənin irqçiliyə qarşı mübarizəsindən bəhs edir. Rejissor Ramell Rossun lentə aldığı filmin buraxılış tarixi hələki müəyyən edilməyib.

Venesiya Film Festivalında premyerası olan “Babygirl” filmi də bu il kinoteatrları bəzəyəcək. Ekran işi Romi Harris Dikinsonun ifa etdiyi böyük bir şirkətin baş direktoru olan Samuel ilə Nikol Kidmanın canlandırdığı təcrübəçi arasında olan qeyri-qanuni münasibətdən, ailə həyatı və kariyerasını təhlükəyə atmasından bəhs edir. Nikol Kidmanın cəsarətli oyunu ilə tanınan ekran işində Ester Rouz Makqreqor da rol alır. Film 24 yanvar tarixində yayımlanacaq.

Feysbukun qurucusu Mark Zukerberq və onun dostlarının hekayəsindən bəhs edən “The Social Network” filminin davamı olan yeni ekran işi də bu il kinoteatrlarda izləyə biləcəyiniz filmlər sırasındadır. “Real Pain” adlı filmdə Cessi Eyzenberq və Endryu Qarfild nənələri üçün Polşaya səyahətə gedən iki əmi oğlunu canlandırırlar. 28 fevralda izəyə biləcəyiniz filmin prodüserləri arasında aktrisa Emma Stoun da var.

Məşhur amerikalı musiqiçi Bob Dilanın həyatından bəhs edən “A Complete Unknown” filmi isə 7 fevralda filmsevərlərin görüşünə gələcək. Ekran işində baş rolu Timati Çalamet canlandırır. Monika Barbaro isə musiqiçi Joan Baez rolunda çıxış edir.

Bu il Kann Film Festivalında premyerası keçirilən və münsiflər heyətinin xüsusi mükafatını alan “The Seed of the Sacred Fig” filminin yayımlanmasına isə sayılı günlər qalır.  Ekran işi İranda gender bərabərsizliyi və din vasitəsilə qadınlara qarşı zülmdən bəhs edir. Etirazlara dəstək verdiyinə görə həbs və şallaq cəzasına məhkum edilən rejissor Məhəmməd Rəsulof filmi gizli şəkildə lentə alaraq İrandan qaçıb. Böyük maraq doğuran ekran işini 10 yanvar tarixində kinoteatrlarda izləyə biləcəksiniz… 

Danny Boylinin  eyniadlı ekran işinin davamı olan “28 Years Later” filmi də yenidən nümayiş olunacaq. Aaron Taylor-Conson və Ralf Finnesin rol aldığı, 20 iyunda yayılanacaq ekran işi zombi hücumlarından sağ qalmağa çalışan insanların həyatından bəhs edir. 

Bu ilin səbrsizliklə gözlənilən ekran işlərindən biri də illərdir sevərək izlənilən “Mission: Impossible” filminin “-The Final Reckoning” final bölümüdür.  Ssenari müəllifi Erik Jendresen, rejissoru Kristofer MakQuari olan ekran işinin baş rolu agent  Ethan Hant rolunu isə aktyor Tom Kruz canlandırır. 23 may tarixində son bölümü ilə film böyük ekranlarda izləmək mümkün olacaq.

Formula 1 pilotu Lyuis Həmiltonun prodüserlər arasında yer aldığı F1 filmində isə Bred Pitt və Xavyer Bardem baş rolda çıxış edir. Film iyun ayında nümayiş olunacaq.

İl ərzində gözlənilən super qəhrəman filmləri arasında “Kapitan Amerika: Cəsur Yeni Dünya“, “Supermen“, “Fantastik Dördlük: İlk Addımlar” var.

Continue Reading

Previous: Saxta plastik cərrahlarla bağlı komissiya yaradıldı – 1 aydan az vaxtları var
Next: Sabah 10 dərəcəyədək şaxta olacaq – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Cəmiyyət

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO
  • Mədəniyyət

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026

Top 7 Xəbər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 1

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 2

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 3

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb 4

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 5

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026
Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 6

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

30 Aprel, 2026
I sinfə qəbul başlayır 7

I sinfə qəbul başlayır

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9341) Dünya (3347) Gündəm (11693) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 30 Aprel, 2026
  • Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 30 Aprel, 2026
  • Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 30 Aprel, 2026
  • “İqlim haqqında” qanun layihəsi hazırlanıb 30 Aprel, 2026
  • Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.