Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 049)
  • Dünya (3. 257)
  • Gündəm (11. 365)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bu tarixdən bütün marşrut sürücülərindən COVID pasportu tələb oluna bilər

Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu
Cavidan 21 Sentyabr, 2021

Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabr ayının 1-dən koronavirus infeksiyasına qarşı hər iki peyvənd olunmayan taksi sürücüləri barədə qanuna müvafiq tədbirlər görüləcək.
Bu reydlər yalnız taksi sürücülərinə aid ediləcək, yoxsa bütün sərnişindaşıma sürücülərinə? Avtomobildə maksimum 4 sərnişin daşıya biləcək sürücülərə qarşı reydlər keçirilirsə, bu proses 35-40 sərnişin daşıyan asvtobus sürücülərinə də aid edilməlidir.
Məsələ ilə bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir: “Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə əks olunub.
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Müəyyən olunan norma və qaydaların təmin olunması istiqamətində DİN əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur”.
E. Hacıyev deyib ki, bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.(trend)

Continue Reading

Previous: Tanınmış aparıcıya VƏZİFƏ VERİLDİ
Next: DYP-dən sürücü valideynlərə müraciət

Bölmənin digər xəbərləri

Sabah Bakıda hava yağmursuz keçəcək
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz keçəcək

9 Mart, 2026
Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib
  • Cəmiyyət

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

9 Mart, 2026
Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib
  • Cəmiyyət

Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib

7 Mart, 2026
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9049) Dünya (3257) Gündəm (11365) Kateqoriyasızlar (471) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 9 Mart, 2026
  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 9 Mart, 2026
  • Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 9 Mart, 2026
  • İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 9 Mart, 2026
  • İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır 9 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.