Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Parlament seçkiləri azad, şəffaf, ədalətli keçirilib – Ombudsman
  • Cəmiyyət
  • Gündəm

Parlament seçkiləri azad, şəffaf, ədalətli keçirilib – Ombudsman

Cavidan 2 Sentyabr, 2024
1725260645_693c30b51a3f8e33bd234cebcec93ce81722443250-photo

Parlament seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib.

Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə aparılmış müşahidələrin nəticələrini açıqlayarkən bildirib.

Müvəkkil seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil edilmiş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu diqqətə çatdırıb.

Açıqlamada bildirilib ki, əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində respublika üzrə 117 seçki dairəsinin 897 seçki məntəqəsində – Bakıda və ölkəmizin digər 42 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıblar. Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Hərbi İnstitutda və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də aparılıb.

Qeyd olunub ki, müşahidələr zamanı Ombudsman məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə olunmayıb.

S.Əliyeva siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eləcə də müstəqil və bitərəf olan müşahidəçilərin nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən Müvəkkil Ombudsman təsisatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirib. S.Əliyeva seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini qeyd edib.

Yekunda Müvəkkil Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini diqqətə çatdırıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Ayaks”ın baş məşqçisi yalnız 3 rəqibindən danışdı
Next: Prezidentlə xanımı Kəlbəcərə getdi – Yenilənir

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.