Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Onlar deputat olmaq istəmədilər
  • Cəmiyyət

Onlar deputat olmaq istəmədilər

Cavidan 17 İyul, 2024
3333

Ümid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə İqbal Ağazadə özü bildirib.

O deyib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib: “Ümid Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək 30 nəfərdən yuxarı namizədi sənədlərini müvafiq qaydada dairə seçki komissiyalarına təqdim edib.

Mənə gəlincə, Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini əsasən yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəyəm”, – deyə o bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib.

O bildirib ki, partiya tərəfindən müxtəlif dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü bəyənilib: “Seçkidə iştirak etmək üçün Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin siyahısı artıq hazırdır. Onu da bildirmək istəyirəm ki, mən budəfəki seçkidə iştirak etməyəcəyəm. Lakin hazırkı deputat yoldaşlarımızdan Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi partiya tərəfindən yenidən irəli sürülüb. Dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü dəstəklənib. Onların arasından Milli Məclis üzvlüyünə namizəd qismində müəyyənləşdiriləcək şəxslərin yekun siyahısı müəyyənləşdirildikdən sonra bu ayın sonunda müvafiq qaydada təqdim ediləcək”.

Qeyd edək ki, Sabir Rüstəmxanlının ötən çağırış deputat olduğu dairədən onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı namizəd olacağını açıqlayıb.(APA)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Namizədliyi irəli sürülmüş qadınların sayı artıb
Next: Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi – Fotolar

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 153017
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

Cavidan 7 İyul, 2026
bagca
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

Cavidan 7 İyul, 2026
JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

34° isti, yağış, dolu… – Sabahın havası

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 699)
  • Dünya (3. 443)
  • Gündəm (11. 929)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Generala yüksək vəzifə verildi Screenshot 2026-07-07 153017 1
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

7 İyul, 2026
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? Screenshot 2026-07-07 150315 2
  • Gündəm

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

7 İyul, 2026
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı bagca 3
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

7 İyul, 2026
34° isti, yağış, dolu… – Sabahın havası JlUrdPT2xgmb3zqys0E v 4
  • Cəmiyyət

34° isti, yağış, dolu… – Sabahın havası

7 İyul, 2026
Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi Screenshot 2026-07-07 125731 5
  • Dünya

Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9699) Dünya (3443) Gündəm (11929) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.