Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Səfər Mehdiyevdən iddialı açıqlamalar: “Rüşvətxorların adlarını çəkin!”

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Virualaz.org saytına müsahibəsində iddialı açıqlamalar verib. O müsahibəsində komitə ilə bağlı tənqidlərin
Cavidan 10 Dekabr, 2021


Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Virualaz.org saytına müsahibəsində iddialı açıqlamalar verib.

O müsahibəsində komitə ilə bağlı tənqidlərin sifariş olduğunu qeyd edib: “Bu cür geniş miqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır. Özümə sual verirəm: doğrudanmı, bu sifarişdir. Ehtimal ki bəli. Bizim üçün dövlətin maraqları işbazların və inhisarçıların iqtisadi və maliyyə maraqlarından yuxarıdadır. Üstəlik, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan kölgə iqtisadiyyatı ilə mübarizə siyasəti, şəffaflığın artması, vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi hansısa korrupsiyalaşmış qrupların maraqlarına toxunur”.

S. Mehdiyev deyib ki, bu hücumlar onu euhdan salmır: “Məqsədə çatmaq üçün dayanmamaq lazımdır. Və biz ölkənin gömrük sistemində islahatları davam etdiririk. Bəli, bizdə də mənfi hallara rast gəlinir. Ancaq biz bununla mübarizə aparırıq, hər bir faktı ictimaiyyətin və hüquq-mühafizə orqanlarının mühakiməsinə təqdim edirik. O ki qaldı böhtançı hücumlara, biz bu kampaniyaların təşkilatçıları ilə mübarizə aparmayacağıq. Bizim yeni uğurlarımız onlara ən yaxşı cavabdır”.

Komitə sədrinin sözlərinə görə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub: “Biz inhisarçılara “Yox” deyirik! Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik. Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz. Mən sahibkarlara müraciət edirəm, əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram. Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür!

O ki qaldı qiymət artımı ilə bağlı suala, bu, gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil. Bu, postpandemiya dövrünün ümumdünya trendidir. Daha bir vacib faktor – yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb. Azərbaycan isə dünyanın 185 ölkəsi ilə ticarət əlaqələri qurmuş bir ölkədir. Vəziyyətdən yeganə çıxış yolu milli istehsalın həvəsləndirilməsində və artırılmasında, idxalın əvəzlənməsinə nail olmaqdadır”.

Sahibkarların çoxsaylı şikayətinə gəldikdə S. Mehdiyev buna da özünəməxsus cavab verib: “Əvvəlcə “Kim şikayətlənir” sualına cavab verək. İstehsalçı, yoxsa makler, vasitəçi? Azərbaycanda xırda və orta sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı proqramlar yaradılıb və fəaliyyət göstərir…

Bəzən bizim xırda və orta sahibkarlarımız bir anın içində, istənilən vasitə və yolla iri biznesin sıralarına qatılmaq istəyirlər. Bəzən bərabər hüquqluluq və rəqabət qanunlarını pozurlar. Dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil. Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur. Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır. Əks halda sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq. Mən iş adamları ilə bütün problemləri müzakirə etməyə hazıram. Təkrar edirəm, əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır.

Mən sizinlə yetərincə açıq danışıram və aramızda tabu qoyulmuş mövzu yoxdur. Mən hər bir sahibkarla da bu cür danışıram. Korrupsiya, rüşvətxorluq, çatışmazlıqlar, inhisarçılıq, lobbiçilik haqqında … Mən iş adamlarına müraciət edirəm – bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!”.

Continue Reading

Previous: Azərbaycanda sabiq polis rəisi qəfil vəfat etdi – FOTO
Next: Jurnalistlərin bu məlumatları yayması qadağan ediləcək

Bölmənin digər xəbərləri

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir
  • Cəmiyyət

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir

30 Yanvar, 2026
CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir
  • Cəmiyyət

CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

30 Yanvar, 2026
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb
  • Cəmiyyət

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

30 Yanvar, 2026

Top 7 Xəbər

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 1

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir

30 Yanvar, 2026
CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 2

CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

30 Yanvar, 2026
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 3

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

30 Yanvar, 2026
Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 4

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı

30 Yanvar, 2026
Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 5

Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır

30 Yanvar, 2026
“Qarabağ”ın rəqibi “Nyukasl” oldu 6

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

30 Yanvar, 2026
Bəhruz Əhmədova yeni köməkçi təyin edildi 7

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8786) Dünya (3159) Gündəm (10990) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 30 Yanvar, 2026
  • CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 30 Yanvar, 2026
  • Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 30 Yanvar, 2026
  • Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 30 Yanvar, 2026
  • Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.