Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA
  • Cəmiyyət
  • Gündəm

“Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA

Azərbaycanda qohum evliliyi qanunla qadağa oluna bilər. Artıq bununla bağlı ictimai müzakirələr başlayıb.  Müzakirələrin ümumi yekunu budur ki,
Cavidan 22 May, 2024
1716378257_photo_5363838077786773709_y

Azərbaycanda qohum evliliyi qanunla qadağa oluna bilər. Artıq bununla bağlı ictimai müzakirələr başlayıb.  Müzakirələrin ümumi yekunu budur ki, əmi, xala uşaqları arasında evlilik qadağan olunsun. Çünki yaxın qohumla evlilik doğulacaq uşaqların səhətində ciddi fəsadlar yaradır.

Nəzərə alaq ki, dünyanın bir sıra ölkələrində anoloji qərarlar qəbul edilib. Məsələn, 3-4-cü dərəcəli qohumlar arasında evlilik bir sıra Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, ABŞ-ın 24 ştatında və s. ölkələrdə qadağan olunub.

Artıq məsələ Milli Məclisdə də müzakirə obyekti olub.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirdi ki, yaradılışda bu hal mövcuddur ki, digər canlılarda erkək və dişi fərdlərin cinsi təmasından törəyən döldə genetik xəstəliklər aşkar olunmadığı halda, məhz insanların qohum evlilikləri zamanı  xromosomlar və onların genlərində baş verən dəyişikliklər xəstəliklərin yaranmasına səbəb olur:

“Azərbaycanda 15-dək irsi xəstəlik qeyd alınıb. Təəssüf  ki, bunların böyük hissəsinə qohum evliliklərindən dünyaya gələn şəxslərdə rast gəlinir. O cümlədən, əlillərin və fiziki qüsurluların 1/3-i məhz qohum nikahlarından doğulanlardır.

Genetik xəstəliklərə qohum evlilikləri nəticəsində daha çox rast gəlindiyi statistik göstəricilərlə təsdiq olunub. Bətndaxili və yaxud doğuşdan sonra baş verən ölüm hallarının 25%-nə qohum evlilikləri zamanı təsadüf olunur, 10% hallarda isə tamamilə uşaq olmur.  

Qohum nikahları zamanı cütlüklərin hər ikisi eyni kökdən olduğu üçün qüsurlu genlərin  birləşmə ehtimalı daha yüksəkdir. Qüsurlu genlər birləşərkən körpə dünyaya qüsurlu gəlir, qan xəstəlikləri-talassemiya, hemofiliya, dayaq hərəkət sistemi xəstəliklərinin, nevroloji xəstəliklərin, əqli inkişaf geriliyinin  formalaşma ehtimalı yüksəlir. Ana bətnində dölün ölməsi, hamiləliyin erkən bitməsi, ürək qüsurları, uşaqların cılız doğulması hallarına da ən çox qohum nikahlarında rast gəlinir”. 

Abbas Bağırov onu da qeyd edib ki, respublikamızada  uşağı xəstə doğulan valideynlərin Ailə Planşladırması Mərkəzinə müraciətləri artmaqdadır:

“Qohum nikahlardan dünyaya gələnlərin 10%-ə qədərində ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayır.  Qohum evliliyi istəyən cütlüklər bilməlidirlər ki, bu cür evlilikdən yaranan xəstəliklərin çoxu tam müalicə oluna bilmir. Onlardan dünyaya gələcək uşaqların sağlamlıqları və yaşamaq ehtimalı aşağı olacaq, daimi həkim nəzarətində dərmanlardan asılı vəziyyətdə qalacaqlar. Nəticədə valideynlər həmişə maddi, fiziki və mənəvi  problemlər içərisində qalırlar. Qohum nikahların ən çox verdiyi fəsadlardan biri də sonsuzluqdur”.

Bizim.Media

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İyunun 2-də imtahan verəcək abituriyentlərin nəzərinə!
Next: BİZİM TƏQVİM: 23 mayda baş vermiş tarixi hadisələr

Bölmənin digər xəbərləri

4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026
Ekran şəkli 2026-06-25 174302
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 648)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 1
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür Screenshot 2026-06-17 100022 2
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

26 İyun, 2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 3
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 4
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 5
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9648) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.