Skip to content
17 İyul, 2026
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”
  • Cəmiyyət
  • Gündəm

Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”

Bakıda tıxacları azaltmaq üçün yeni yol salınacaq. Layihəyə əsasən, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu”
Cavidan 9 May, 2024
1715082964_2

Bakıda tıxacları azaltmaq üçün yeni yol salınacaq. Layihəyə əsasən, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolu inşa olunacaq.

Yeni yolun tikintisində məqsəd ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsidir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar nəcəfli bildirib ki, qeyd edilən birləşmənin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb ucqar hissələri arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

Yeni yolda 3 yeraltı piyada keçidi və 4 tunel də inşa olunacaq. 

Maraqlıdır, görəsən, Həsən Əliyev prospektindən Ziya Bünyadov prospektinə çəkiləcək alternativ yol tıxac probleminin müəyyən qədər aradan qaldırılmasına kömək edəcək? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, tıxacların aradan qaldırılmasında əsas rolu yeni yolların çəkilməsi deyil, ictimai nəqliyyatın inkişafı oynayır: 

“Çəkiləcək bu yol Həsən Əliyev küçəsilə Əhməd Rəcəbli küçəsinin kəsişməsindən başlayaraq Kəşlə bazarı istiqamətinə, oradan da dəmir yolu vağzalından, daha sonra metronun Bakmilli stansiyasının yanından keçməklə, Ulduz metrosunun yanındakı kiçik dairədə Xəlil Rza Ulutürk küçəsinə birləşəcək. Belə bir yolun inşaası müəyyən hissələrdə yaşanan yüklənməni bir qədər azaldacaq. 

Ziya Bünyadov prospektinin yükü də bir qədər azalacaq. Heydər Əliyev prospektinin Koroğlu qovşağında yaşanan yük də azalacaq. Nərimanov rayon ərazisindəki Əliyar Əliyev və Ağa Nemətulla küçələrinin yükündə də azalma baş verəcək”. 

Ekspertin fikrincə, bu kimi addımlar sözügedən ərazidə belə tıxacların tam aradan qaldırılmasına kifayət etmir:

“Bakının tıxac məsələsində köklü problemlər var ki, onlar həll olunmalıdır. Tıxac məsələsinin əsaslı həlli üçün ictimai nəqliyyat inkişaf etməlidir.Yolların salınması, genişlənməsi bu problemin tam həllinə səbəb olmur. İlk növbədə əhalinin ictimai nəqliyyat və velosipeddən istifadəsinə şərait yaradılmalıdır”.

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
Next: Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 757)
  • Dünya (3. 459)
  • Gündəm (11. 956)
  • İdman (675)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH Screenshot 2026-07-16 165012 1
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

16 İyul, 2026
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir Screenshot 2026-07-16 163605 2
  • Dünya

Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir

16 İyul, 2026
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Screenshot 2026-07-16 154029 3
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

16 İyul, 2026
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb Screenshot 2026-07-16 151345 4
  • Gündəm

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

16 İyul, 2026
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-16 144719 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

16 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9757) Dünya (3459) Gündəm (11956) Kateqoriyasızlar (524) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (675) İqtisadiyyat (606)
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
© Addim.az | MoreNews by AF themes.