Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 335)
  • Dünya (3. 346)
  • Gündəm (11. 687)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Prezident xalqı təbrik etdi

Cavidan 18 Mart, 2024

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.

Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi bərəkət və firavanlıq gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!”

Continue Reading

Previous: “Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldı
Next: “Bundan sonra bura Zəfər meydanıdır”

Bölmənin digər xəbərləri

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30 Aprel, 2026
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var
  • Dünya

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var

30 Aprel, 2026
Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək
  • Gündəm

Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək

30 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək 1

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30 Aprel, 2026
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 2

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var

30 Aprel, 2026
Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 3

Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək

30 Aprel, 2026
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür 4

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

30 Aprel, 2026
XTQ-nin yaradılmasından 27 il ötür 5

XTQ-nin yaradılmasından 27 il ötür

30 Aprel, 2026
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 6

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

29 Aprel, 2026
Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək 7

Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

29 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 335)
  • Dünya (3. 346)
  • Gündəm (11. 687)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9335) Dünya (3346) Gündəm (11687) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (347) Siyasət (2986) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək 30 Aprel, 2026
  • Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 30 Aprel, 2026
  • Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 30 Aprel, 2026
  • Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür 30 Aprel, 2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.