Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 343)
  • Dünya (3. 347)
  • Gündəm (11. 694)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Qarabağ”a edilən anormal müraciət…

“Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı klubun qapısını döyənlərin sayını birə-beş artırıb. Açığı, döymürlər, qırırlar… Bu cümləni oxuyanda ağlagələn ilk
Cavidan 1 Mart, 2024

“Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı klubun qapısını döyənlərin sayını birə-beş artırıb. Açığı, döymürlər, qırırlar…

Bu cümləni oxuyanda ağlagələn ilk məsələ xarici klubların skautlarının Ağdam təmsilçisinin futbolçularına maraq göstərməsi ilə bağlı olsa da, hələlik reallıq tamam fərqlidir.

Reallıq odur ki, hər mövsüm olduğu kimi, bu il də “Qarabağ”dan pulsuz bilet istəyənlər yenidən peyda olub.

Bunların arasında kifayət qədər imkanlı şəxslər, vəzifəlilər də var. 

Bu gündən etibarən UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununun biletləri satışa çıxarılıb. 

Azərbaycan reallığında Bakıda keçiriləcək qarşılaşmanın biletlərinin qiyməti də münasibdir –  5, 10, 20, 30, 40, 100 və 150 manat.

Satış nöqtələri də əlçatandır –  “Qarabağ”ın fan-şopu və Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları…

Stadionun yerini tanımayan yoxdur. Çünki müftə bilet əldə edən axırda ora gedir. Amma bu şəxslər yəqin ki, klubun fan-şopunun harada yerləşdiyini belə bilmirlər. Çünki kluba dəstək olmaq istəyən şəxs təmənnasız biletdən əvvəl fan-şopa yollanıb heç olmasa, “Qarabağ”ın kiçik bir atributunu almalı idi. Ora isə “Park Bulvar”dadır. Amma belələri şəhərin mərkəzini qoyub sürücüsünü ta Suraxanıya – pulsuz bilet üçün klubun bazasına göndərməkdən də çəkinmirlər.

Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Şablon səslənsə də, çox uzağa getməyək – qardaş Türkiyədə necədir? Klubunu sevən, ona dəstək olmaq istəyən azarkeş, təkcə qışqır-bağırla yox, həm də əlini cibinə ataraq bunu edir. Aylıq, illik bilet alır və biletdən əldə edilən gəlirlə futbolçuların maaşı və digər xərclər ödənilir.

Normal olan budur, kluba edilən müraciətin isə adı anormallıqdır.

Düzdür, “Qarabağ” Azərbaycan reallığında büdcəsi normaldır, hətta ən yaxşı maddi imkana sahib olan klubdur. Bu imkanı da təbii ki, avrokuboklarda qazandığı uğurlar sayəsində edib. Bu uğurları gətirən də transferlərə xərclənən pullardır. Bəs birdən maaş geciksə?..

Azərbaycanlı futbolçunu hardasa başa salmaq olar, mentalitetimizi bilir, amma Juninyoya, Zubirə necə izah edilsin ki, filankəs müəllim pulsuz bilet aldı?

Bu ənənə illərdir “Qarabağ”ın uğurları kimi davam edir. Və bu şəxslər ancaq avrokuboklarda meydana çıxır. Yerli çempionatda isə az qala, pulsuz paylanılan biletlərə sahib çıxan belə yoxdur.

Gəlin pulsuz biletə yox, “Qarabağ”a sahib çıxaq. Qarabağa sahib çıxdığımız kimi…

Continue Reading

Previous: Narkoloji Mərkəzin baş direktoru ilə müavini həbs edildi – Rəsmi
Next: Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır – Mamicanyan

Bölmənin digər xəbərləri

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
  • Cəmiyyət

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

1 May, 2026
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
  • Cəmiyyət

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
  • Cəmiyyət

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026

Top 7 Xəbər

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 1

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

1 May, 2026
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq 2

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 3

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 4

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 5

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb 6

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 7

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 343)
  • Dünya (3. 347)
  • Gündəm (11. 694)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9343) Dünya (3347) Gündəm (11694) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 1 May, 2026
  • Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq 1 May, 2026
  • Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 30 Aprel, 2026
  • Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 30 Aprel, 2026
  • Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.