Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır… – Onlar kimlərdir?
  • Cəmiyyət

Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır… – Onlar kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub.
Cavidan 30 Noyabr, 2021
qadinmuavinler

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub. Onlardan biri İndira Hacıyeva, digəri isə Marina Vasilevadır. Yeni təyinatlardan sonra Azərbaycanda qadın nazir müavinlərin sayı 6-ya yüksəlib.

Ümumilikdə isə Azərbaycanda 67 nazir müavini var. Ən çox müavini olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. FHN rəhbərinin 8 müavini var. Ən az müavini olan isə Pərviz Şahbazovdur. Energetika nazirinin bir müavini var.

“Qafqazinfo” bu məqamda qadın nazir müavinləri ilə bağlı məlumatları təqdim edir.

Məmmədəliyeva Sevda Yusif qızı

1967-ci il təvəllüdlü Sevda Məmmədəliyeva uzun müddətdir ki, nazir müavini postundadır. O, əvvəlcə 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin müavini təyin olunub. 2006-cı ildə isə Mədəniyyət Nazirliyi ləğv edildikdə və onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra  Prezident İlham Əliyevin imzaladığı sərəncamla mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə gətirilib.

20 aprel 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi yaradılıb. Sevda Məmmədəliyeva isə fəaliyyətinə mədəniyyət nazirinin müavini kimi davam edib.

İlhamə Qədimova

O, 1975-ci ildə anadan olub. Türkiyədə təhsil alan İlhamə Qədimova, 11 il özəl sektorda hüquqşünas və konsultant olaraq çalışıb.

Hazırda çalışdığı nazirliyə gəlişi 2018-ci ilə təsadüf edir. O, həmin ilin may-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ilin sentyabrın 24-də isə Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Həsənova Sevinc Telman qızı

1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.

1993-2006-cı illərdə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.

Prezident İlham Əliyevin 6 iyul 2006-cı il tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini kimi çalışıb. 2016-cı ildə isə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Əliyeva Nigar Ramiz qızı

O, 2009-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini vəzifəsində çalışır.

1969-cu ildə Bakıda anadan olan Nigar Əliyeva, nazir müavini təyin olunmamışdan öncə, qurumda Ümumi şöbənin müdiri olub.

ATU-nun 1992-ci il məzunu olan N.Əliyeva nazirlikdə çalışanadək Respublika Diaqnostika Mərkəzində (1993-2006-cı illər) həkim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Azərbaycanda qadın nazir müavinlərindən biri də təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva olub. O, 2020-ci ilin dekabrında tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova da vaxtilə nazir müavini kimi çalışıb. O, daha əvvəl mədəniyyət və turizm nazirinin müavini olub. N.Qədimova 2015-ci ildə Naxçıvanın mədəniyyət və turizm naziri, 2018-ci ildə Muxtar Respublikanın mədəniyyət naziri təyin edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident bu nazir müavinlərini İŞDƏN ÇIXARDI – YENİ TƏYİNATLAR
Next: OMİKRON nədən bu qədər TƏHLÜKƏLİDİR? – Diqqət!

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 174302
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Cavidan 25 İyun, 2026
277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.