Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıracaq
  • Cəmiyyət

Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıracaq

“2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə vaxtı cənab Prezident tərəfindən hökumətə tapşırıq verilmişdi ki, sənədsiz evlərin
Cavidan 25 Noyabr, 2021
1637844273.417513851_0_165_2000_1295_1920x0_80_0_0_465532eecd5ff7b7768ff5430d6b1c21 (1)

“2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə vaxtı cənab Prezident tərəfindən hökumətə tapşırıq verilmişdi ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tədbirlər görülsün. Bundan sonra dövlət başçısının müvafiq sərəncamları oldu. Həmin sərəncamlara əsasən, bəzi sənədsiz evlər sənədləşdirildi, sənədsiz olan çoxmərtəbəli binaların istismara verilməsi və sənədləşməsi bir çox binalarda həll olundu”.

Bunu “Unikal”a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, bir çox evlər bu günə qədər sənədsizdir, vətəndaşlar onların üzərində mülkiyyət hüququna malik deyil.

“2019-cu ildə Prezident Administrasiyasının rəhbərinin müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdu. Həmin tədbirlər planına əsasən, icazə olmadan tikilmiş evlərin siyahıya alınma məsələsi aidiyyəti qurumlara tapşırılmışdı. Həmin gündən etibarən bu iş başlanılmışdı. Bütün ölkə üzrə sənədsiz evlərin, əmlakların siyahıya alınması prosesinə start verilmişdi və pandemiyaya qədər davam etmişdi. Pandemiya dövründə müəyyən məhdudiyyətlər oldu. Buna görə bu proses dayandı. Güman edirəm ki, Əmlak Məsələləri Xidməti bu işi bərpa edəcək. Əgər bu iş başlayıbsa, nəticəsi olacaq. Bunun davamı da olmalıdır. Bu hər bir tərəf üçün xeyirli və səmərəlidir. Vətəndaş üçün xeyirlidir ona görə ki, artıq yaşadığı mənzil, fərdi yaşayış evi, əmlak üzərində sərəncam vermək hüququna malik olacaq. Yəni, onu sata və ya dəyişdirə biləcək. Eyni zamanda dövlət üçün böyük bir vəsaitdir. Həmin sənədsiz evlər sənədləşdiriləndən sonra onların üzərində alqı-satqı və s. əməliyyatlar aparıla bilər. Həmin əməliyyatlardan əldə olunan rüsumlar hesabına dövlət büdcəsi əlavə vəsait əldə edəcək”.

Milli Məclisin üzvü qeyd edib ki, daşınmaz əmlak bazarı pandemiya dövründə çox səngimişdi.

“Evlərin sənədləşdirilməsi prosesi onu yüz faiz canlandıracaq. O cümlədən bələdiyyələr də bundan faydalancaq ki, əmlak vergisi üzrə vergitutma bazası onlar üçün artacaq və bununla da onlar yerli büdcələrə daha çox vəsait toplaya biləcəklər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Next: Rusiyada mədən faciəsində ölənlərin sayı 52-yə çatdı – Yenilənib

Bölmənin digər xəbərləri

fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 1
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 2
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 3
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür Screenshot 2026-06-17 100022 4
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

26 İyun, 2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 5
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.