Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıracaq
  • Cəmiyyət

Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıracaq

“2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə vaxtı cənab Prezident tərəfindən hökumətə tapşırıq verilmişdi ki, sənədsiz evlərin
Cavidan 25 Noyabr, 2021
1637844273.417513851_0_165_2000_1295_1920x0_80_0_0_465532eecd5ff7b7768ff5430d6b1c21 (1)

“2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə vaxtı cənab Prezident tərəfindən hökumətə tapşırıq verilmişdi ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tədbirlər görülsün. Bundan sonra dövlət başçısının müvafiq sərəncamları oldu. Həmin sərəncamlara əsasən, bəzi sənədsiz evlər sənədləşdirildi, sənədsiz olan çoxmərtəbəli binaların istismara verilməsi və sənədləşməsi bir çox binalarda həll olundu”.

Bunu “Unikal”a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, bir çox evlər bu günə qədər sənədsizdir, vətəndaşlar onların üzərində mülkiyyət hüququna malik deyil.

“2019-cu ildə Prezident Administrasiyasının rəhbərinin müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdu. Həmin tədbirlər planına əsasən, icazə olmadan tikilmiş evlərin siyahıya alınma məsələsi aidiyyəti qurumlara tapşırılmışdı. Həmin gündən etibarən bu iş başlanılmışdı. Bütün ölkə üzrə sənədsiz evlərin, əmlakların siyahıya alınması prosesinə start verilmişdi və pandemiyaya qədər davam etmişdi. Pandemiya dövründə müəyyən məhdudiyyətlər oldu. Buna görə bu proses dayandı. Güman edirəm ki, Əmlak Məsələləri Xidməti bu işi bərpa edəcək. Əgər bu iş başlayıbsa, nəticəsi olacaq. Bunun davamı da olmalıdır. Bu hər bir tərəf üçün xeyirli və səmərəlidir. Vətəndaş üçün xeyirlidir ona görə ki, artıq yaşadığı mənzil, fərdi yaşayış evi, əmlak üzərində sərəncam vermək hüququna malik olacaq. Yəni, onu sata və ya dəyişdirə biləcək. Eyni zamanda dövlət üçün böyük bir vəsaitdir. Həmin sənədsiz evlər sənədləşdiriləndən sonra onların üzərində alqı-satqı və s. əməliyyatlar aparıla bilər. Həmin əməliyyatlardan əldə olunan rüsumlar hesabına dövlət büdcəsi əlavə vəsait əldə edəcək”.

Milli Məclisin üzvü qeyd edib ki, daşınmaz əmlak bazarı pandemiya dövründə çox səngimişdi.

“Evlərin sənədləşdirilməsi prosesi onu yüz faiz canlandıracaq. O cümlədən bələdiyyələr də bundan faydalancaq ki, əmlak vergisi üzrə vergitutma bazası onlar üçün artacaq və bununla da onlar yerli büdcələrə daha çox vəsait toplaya biləcəklər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Next: Rusiyada mədən faciəsində ölənlərin sayı 52-yə çatdı – Yenilənib

Bölmənin digər xəbərləri

CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026
547d37ae-d642-3 v
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

Cavidan 25 İyun, 2026
1782307156_thumb v
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 644)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 005)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 1
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB aj1mmDpj3XS6niqa8Se b 2
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

25 İyun, 2026
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib 547d37ae-d642-3 v 3
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

25 İyun, 2026
600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 4
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb s1LvCOTdpb v 5
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9644) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3005) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.