Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı və “birbaşa xətt” dekabrın 14-nə planlaşdırılıb.
Bu barədə RBC mənbələrə istinadən məlumat yayıb.
“Keçən il hər iki tədbir keçirilməmişdi, ondan əvvəl də uzun illər ayrı-ayrılıqda keçirilirdi: xalqla “birbaşa xətt” adətən (2020-ci il istisna olmaqla) iyunda, prezidentin mətbuat konfransı isə dekabrda keçirilirdi”, – RBC yazıb.
Bu dəfə mətbuat konfransı və “birbaşa xətt” Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri və Putinin hələ iştirakını elan etmədiyi prezident seçkiləri ərəfəsində ilk dəfə keçiriləcək.