Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Atatürkün vəfatından 85 il ötür
  • Cəmiyyət

Atatürkün vəfatından 85 il ötür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından – 10 noyabr 1938-ci il tarixindən 85 il keçir. 
Cavidan 10 Noyabr, 2023
1699595586_screenshot_2023-11-10-09-51-31-807_com.android.chrome-edit

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından – 10 noyabr 1938-ci il tarixindən 85 il keçir. 

Mustafa Kamal Atatürk, 1881-ci ildə hazırda Yunanıstan ərazisi hesab olunan Osmanlı imperatorluğunun Saloniki şəhərində dünyaya göz açıb.

Gənclik illərindən yaşıdlarından xüsusi zəkası ilə seçilən Mustafa Kamal Osmanlının zəiflədiyi və dağılmağa üz tutduğu dövrdə hərbçi kimi yetişmək üçün bu sahədə təhsilə yönəlib. Tələbə yoldaşları ilə birgə dərnəklər və gizli təşkilatlar yaradan gənc Mustafa İttihad və Tərəqqi Firqəsinə də maraq göstərib. O, Liviya, Çanakkale, Suriya, Qafqaz cəbhələrində vuruşub, peşəkar zabit kimi paşalığa qədər yüksəlib.

I Dünya müharibəsində Osmanlının məğlubiyyətindən və İttihad və Tərəqqinin hakimiyyətdən getməsindən sonra qurulan Damat Ferit Paşa hökumətinin təslimçi Sevr müqaviləsini imzalaması ilə barışmayan Kamal Paşa İstanbulda vəziyyəti analiz etdikdən, ətraflı götür-qoydan və Salonikinin işğalı ilə İstanbula qaçqın kimi gələn anası ilə vaxt keçirdikdən sonra 15 may 1919-cu ildə Sultanın imzaladığı qərarla müfəttiş kimi “Bandırma” gəmisində Anadoluya yollanır

Həmin gün İzmirin işğalı xəbəri yayılır. 19 mayda Qara dənizdən Samsun sahillərinə çıxan Paşa – həmin gün milli qurtuluş uğrunda mübarizənin başlandığı gün hesab olunur – bir müddət sonra formasını çıxarır və xalqı işğalçı qüvvələrə qarşı təşkilatlandırmağa girişir. Kazım Qarabəkir kimi xeyli nüfuzlu paşalar əsgərləri ilə birlikdə Mustafa Kamalın başçılıq etdiyi azadlıq mübarizəsinə qoşulur. Ərzurum, Sivas və digər Anadolu şəhərlərində konqreslər – xalq yığıncaqları keçirilir.

Mərhələli şəkildə bütün işğalçı qüvvələri Anadoludan təmizləməyə nail olunduqdan sonra 1922-ci ilin 11 oktyabrında Mudanyada atəşkəs imzalanır. 24 iyul 1923-cü ildə yekun sülh Lozanna müqaviləsi imzalanır və işğalçılar, böyük güclər Mustafa Kamalın rəhbərlik etdiyi Ankara hökumətini türk dövləti kimi tanıyırlar. Daha sonra – 29 oktyabr 1923-cü il tarixində rəsmən Türkiyə Cümhuriyyətinin qurulduğu elan edilir.

Türkiyənin ilk prezidenti olan Mustafa Kamal 1934-cü ildə Atatürk soyadının qəbul edir. Türkiyəni “çağdaş mədəniyyətlər səviyyəsinə çatdırmaq və onları ötüb keçmək” amalı uğrunda mübarizə aparan Atatürk qurtuluşdan sonra quruluşa start verir və genişmiqyaslı islahatlar, mədəni inqilablar həyata keçirir. Savaş illərindən “yadigar qalan” böyrək xəstəliyi Atatürkün səhhətində ciddi problemlər yaradır. Zamanla yorğun bədəndə digər xəstəliklər və problemlər də özünə məskən tapır.

10 noyabr 1938-ci ildə Atatürk 57 yaşında gözlərini əbədi olaraq yumur.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Zəngəzur mübahisəsi: Kreml İrəvana Larsla təzyiq edir
Next: Putinin mətbuat konfransı və “birbaşa xətt” nə vaxt olacaq?

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 151507
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.