Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 446)
  • Dünya (3. 042)
  • Gündəm (10. 565)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Xankəndidə bələdiyyə yaradılacaq – Seçkilərin keçirilməsi gündəmdədir

19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim ağ bayraq qaldırdı. Əməliyyat
Cavidan 6 Oktyabr, 2023

19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim ağ bayraq qaldırdı. Əməliyyat nəticəsində Azərbaycan suverenliyini tam bərqərar etməyə nail oldu. Bu gün artıq Azərbaycan Ordusu və polisi Xankəndi, Ağdərə, Xocalı kimi şəhər və rayonlarımızda da nəzarəti həyata keçirirlər.Beləliklə, bu ərazilərdə Azərbaycan dövlət qurumlarının fəaliyyətə başlaması məsələsi gündəmə gəlib. Prezident Administrasiyası bu yaxınlarda erməni sakinlərin reinteqrasiyası ilə bağlı planlarını açıqlayıb. Bildirilib ki, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.Məlumatda qeyd olunur ki, nəzarətimizə keçən ərazilərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib, növbəti seçkilər 2024-cü ilin dekabr ayında keçiriləcək. Bələdiyyələrin səlahiyyətləri həm konsitutusiya, həm də qanunlarla müəyyən olunub.Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ilkin dövrdə seçilən insanlar bələdiyyə mülkiyyətindən düzgün istifadə etməyib:“Bələdiyyələrin statusu, onların digər fəaliyyət istiqamətləri və birləşməsi kimi məsələlər qanunlarımızda təsbit olunub. Bununla əlaqədar bələdiyyələrin kifayət qədər səlahiyyətləri mövcuddur. Ancaq bələdiyyələr yeni fəaliyyətə başlayanda bəzi funksiyaları birbaşa yerinə yetirmədikləri üçün müvəqqəti olaraq o funksiyalar başqa-başqa təşkilatlara verildi. Məsələn regionun vergisinin toplanması üçün geniş aparat lazımıydı, ştat lazımıydı. Lakin bələdiyyələr yarananda bunlar yox idi. Ona görə də, tədricən müəyyən məsələlər ortadan çıxdı. Bələdiyyənin fəaliyyətini düzgün başa düşməyən, ilkin dövrlərdə seçilən insanlar bələdiyyə mülkiyyətindən düzgün istifadə etmədilər. Nəticə etibarilə, bələdiyyələrin mülkiyyəti olan torpaqlar, su sahələri, qəbristanlıqlar və başqa sahələr bələdiyyəyə xeyir gətirməyən ayrı-ayrı insanlar tərəfindən istifadə edildi. Beləliklə də, bələdiyyələr özünün geniş formada büdcələrini formalaşdıra bilmədi. Bu baxımdan artıq kifayət qədər addımlar atılır. Dövlət tərəfindən bələdiyyələrə subsidiyalar, sumbinsiyalar verilir ki, yerli özünüidarəetmə qurumları inkişaf etsin. Hesab edirəm ki, bələdiyyələrlə bağlı bu məsələlərə yenidən baxılmalıdır”.

Deputat gələn il bələdiyyə seçkilərinin yeni sistem əsasında keçiriləcəyini söyləyib:“Bələdiyyə məktəblər, bağçalar açmalıdırlar. Bələdiyyə parkları və qəbristanlıqları salmalıdır. Bələdiyyələrin istehsal sahəsi yaradana qədər hər bir şey etməyə səlahiyyətləri çatır. Bununla da büdcəyə gəlir gətirmək mümkündür. Həmin gəlirdən də əhalinin problemlərinin həll olunmasında istifadə olunacaq.Hesab edirəm ki, bələdiyyələrə yeni baxış bu istiqamətdə olacaq. Cənab Prezident işğaldan azad olunmuş ərazilərdə, o cümlədən həm Xankəndidə, həm də başqa-başqa yerlərdə bələdiyyələrin gələcəkdəki fəaliyyəti ilə bağlı öz çıxışında bəhs edib. Növbəti ildə Azərbaycanda bələdiyyə seçkiləri olacaq. Hesab edirəm ki, ona qədər bir daha qanunvericiliyə baxılacaq, kifayət qədər qanunvericiliyə dəyişiklik olunub, uyğunlaşdırılacaq. Yeni bir sistem əsasında da bələdiyyə seçkiləri keçiriləcək”.Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov işğaldan azad edilmiş ərazilərimizdə də bələdiyyə seçkilərinin keçirilməsinin gözlənildiyini bildirib:“Yerli idarəetmə hüququ həm bizim konstitusiyamızda, həm də bələdiyyə qanunlarında nəzrədə tutulub. Amma burada bir məsələ var ki, bələdiyyələrin formalaşması üçün bir sıra şərtlər olmalıdır. Həmin ərazinin inzibati ərazi bölgüsünün aparılıb, dəqiqləşdirilməsi, bələdiyyənin formalaşdırılması üçün həm də səsverənlərin olması lazımdır. Hələki Xankəndidə yalnız erməni əhalisi yaşayır. Amma bələdiyyələrin formalaşması üçün bizim də sakinlərimizin oraya köçürülməsi, eloktoratın müəyyən olunması, demoqrafik qeydiyyatın aparılması zəruridir. Nəzərə almalıyıq ki, işğaldan azad olunmuş ərazilərdə, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti olaraq məsuliyyət zonasında yerləşən yerlərdə bu günə qədər bələdiyyələr mövcud olmayıb. Bu, həmin ərazilər üçün yeni təcrübə olacaq. Buna da böyük məsuliyyətlə, hazırlıqla yanaşmaq lazımdır. Düşünürəm ki, bütün bu addımlar görüldükdən sonra biz orada bələdiyyələrin formalaşıb, fəaliyyətə başlamasından danışa bilərik”.
Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə institutunun yaranıb, fəaliyyətə başlaması bələdiyyələrin statusunun yüksəldilməsinə töhfə verə bilər:“Bu gün qanunvericiliyə əsasən bələdiyyələrin kifayət qədər geniş səlahiyyətləri var. Bəli, qanunvericilikdə müəyyən çətinliklər və boşluqlar var. Bu da təbii haldır. Qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması istiqamətində Milli Məclis tərəfindən tədbirlər görülür. Hazırda ölkədə mövcud olan bələdiyyələrin birləşdirilməsi və gücləndirilməsi dövrün tələbidir. Düşünürəm ki, yaxın vaxtlarda bələdiyyələrin birləşdirilməsinin şahidi olacağıq. Çünki belə bir təcrübə mövcuddur. 2014-cü ildə belə proses gedib. Azərbaycanda bələdiyyələrin yarandığı ilk vaxtda sayları 2700-dən çox idi. Həyata keçirilmiş birləşmə prosesi nəticəsində onların sayı 1606-ya enib. Yenə də say çoxdur. Bu da bələdiyyələr tərəfindən idarəetmənin həyata keçirilməsi, hər hansı işlərin görülməsi sahəsində müəyyən problemlər yaradır. İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə institutunun yaranıb, fəaliyyətə başlaması bələdiyyələrin statusunun yüksəldilməsi, səlahiyyətlərinin daha dəqiq tənzimlənməsi, eləcə də cəmiyyətdə nüfuzunun artmasına töhfə verə bilər. Eyni zamanda onların iqtisadi və maliyyə potensialının güclənməsinə də bu proses təkan verə bilər”.

Continue Reading

Previous: Azərbaycan bu ərazilərini də nəzarətə götürür – Fransa mane ola bilmədi
Next: Xaçaturyanın məhkəməsinin vaxtı bilindi

Bölmənin digər xəbərləri

“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək
  • Gündəm

“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək

8 Dekabr, 2025
Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb
  • Cəmiyyət

Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb

8 Dekabr, 2025
İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib
  • Cəmiyyət

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

8 Dekabr, 2025

Top 7 Xəbər

“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək 1

“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək

8 Dekabr, 2025
Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır 2

Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır

8 Dekabr, 2025
Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb 3

Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb

8 Dekabr, 2025
İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib 4

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

8 Dekabr, 2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi 5

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi

8 Dekabr, 2025
İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb 6

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

8 Dekabr, 2025
Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb 7

Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 446)
  • Dünya (3. 042)
  • Gündəm (10. 565)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8446) Dünya (3042) Gündəm (10565) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (591) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək 8 Dekabr, 2025
  • Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır 8 Dekabr, 2025
  • Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb 8 Dekabr, 2025
  • İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib 8 Dekabr, 2025
  • Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.