Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycan bu ərazilərini də nəzarətə götürür – Fransa mane ola bilmədi
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan bu ərazilərini də nəzarətə götürür – Fransa mane ola bilmədi

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib. Məlum
Cavidan 6 Oktyabr, 2023
1147848

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib. Məlum olduğu kimi Avropa Parlamenti Qətnamə ilə Aİ-yə üzv olan ölkələri Azərbaycana qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Bundan başqa sənəddə Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer öz əksini tapır. Hesab edirəm Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə narahatlıq doğrumamalıdır. Məsələ ondadır ki, bu qətnamə məsləhət xarakterlidir və heç bir hüququ qüvvəyə malik deyil. İstisna deyil ki, Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməni ciddiyə almayacaq. Çünki nə Azərbaycan 15-20 il əvvəlin Azərbaycanıdır, nə də onun bu gün dünya siyasi arenasındakı yeri o yerdir. Bu gün Azərbaycan Avropa və dünyada günü-gündən güclənən, iqtisadi, eləcə də siyasi cəhətdən özünə xüsysu tyer etməyi bacaran, nüfuzunu artıran bir dövlətdir. O səbəbdən də Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və rəsmi Bakıdan qaz idxalından asılılığın azaldılması çağırışının icrası real görünmür. Bunun bir çox səbəbləri var: – Ən böyük səbəblərindən biri Aİ-yə daxil olan dövlətlərin bir çoxu artıq Azərbaycanın yaratrdığı geosiyasi reallığı qəbul edir, mövcud vəziyyətin beynəlxalq hüquqla heç bir ziddiyət təşkil etmədiyini yaxşı anlayır. Ətraflı – Təbii qaza, enerjiyə olan ehtiyaclar da Avropanın bir çox ölkələrində çox ciddi hiss edilə bilər. Məhz bu amil onların qaza olan ehtiyaclarının Azərbaycan tərəfindən qarşılanması məsələsini aktuallaşdırır. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi davam edir və Avropa ölkələri Moskvadan qaz asılılığına son vermək üçün alternativ ölkələrə üz tutub, bu amil də xüsusilə rəsmi Bakının əlini gücləndirmiş sayılır. Qarşıdan qış aylarının da gəldiyini nəzərə alsaq Avropa ölkələri nəinki Azərbaycandan qaz idxalını dayandırmayacaq, əksinə bu sahədə əməkdaşlığı daha genişləndirmək barədə düşünə bilər. Fransanın fitvası ilə Azərbaycan əleyhinə qəbul edilən Avropa Parlamentindəki bu qətnamə isə sadəcə kağız parçasından başqa bir şey olmayacaq. Artıq təcrübəmizdə bizə qarşı belə oxşar “Qətnamələr” bir neçə dəfə olub. Avropa Parlamentinin bu qətnaməsi də heç bir hüququ qüvvəyə malik deyil. Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməyə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar. Bu qətnamənin məqsədi sadəcə erməniləri daha da qcıqlandırıb, Azərbaycana qarşı kin-nifrət ritorikasını pik həddə çatdırmaqdır. Məhz bu amilin üzərindən Fransa və onun liderlik etdiyi təsisatlar bölgəyə daxil olub, mövcudluğunu rəsmiləşdirməyə can atır. Lakin istisna edilmir ki, zaman keçəcək AP-nin bu qətnaməsi də o biri sənədlər kimi unudulacaq və Avropa ölkələri qışda donmamaq üçün Azərbaycandan daha çox qaz istəyəcəklər. Önəmli olan Qarabağ məsələsini birdəfəlik bitirmək idi, onun da öhdəsindən gəldik, qalan məsələlər zamanla həllini tapacaq. Necə ki, artıq bu istiqamətdə çox önəmli hadisələrin şahidiyik. Ötən gün Qranadada Ermənistan baş nazirinin Azərbaycanın Qarabağ, Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də daxil 86.6 min km/kv ərazisini tanıması ilə bağlı Bəyannaməyə qol çəkməsi isə yaxın gələcəkdə bizi yenidən xoş xəbərlərin gözlədiyini düşünməyə əsaslar yaradır. Təhməz Əsədov TREND

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “İstənilən təhdidin qarşısı qətiyyətlə alınacaq” – Elçin Quliyevdən Ermənistana XƏBƏRDARLIQ
Next: Xankəndidə bələdiyyə yaradılacaq – Seçkilərin keçirilməsi gündəmdədir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 151534
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.