Skip to content
29 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 771)
  • Dünya (3. 154)
  • Gündəm (10. 974)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (455)
  • Kriminal (1. 321)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu
Cavidan 1 Oktyabr, 2023

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlayıb.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Sabah, oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mövcud insayder məlumatlarına görə, mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Erməni mənbələrinin məlumatına görə, bir neçə belçikalı siyasətçi də dəvətlidir. Bu təxribat radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda və sentyabrın 30-da Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son analoji zorakılıq hərəkətləri ardınca baş verəcək.

Belçikada məskunlaşan və ev sahibi millətin qonaqpərvərliyindən və bu ölkədə yaşadıqları azadlıqlardan sui-istifadə edən radikal erməni qruplaşmalarının üzvləri Belçikada daim Azərbaycanı hədəfə alıblar. 2021-ci ildə səfirliyə qarşı zorakı hücumda iki Azərbaycan vətəndaşı yaralanıb.

Səfirliyə və onun diplomatlarına qarşı sabaha planlaşdırılan zorakı hərəkətlər oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək yüksəksəviyyəli mühüm görüş ərəfəsində Ermənistan və Azərbaycan arasında yenicə inkişaf edən sülh prosesinə və Aİ ilə ABŞ-nin yorulmaz səylərinə qarşı yönəlib. Bu oyunun yeni elementi ondan ibarətdir ki, Belçikada yerləşən radikal erməni qruplarının hərəkətləri həm də “milli maraqlara xəyanətdə” günahlandırılan Ermənistan hökumətinə qarşı yönəlib. Ən şokasalan isə odur ki, Brüsseldəki erməni diplomatlar daşnaklarla və nümayəndələrinin Ermənistana getməsinə belə icazə verilməyən digər radikal müxalifət qrupları ilə operativ əlaqə saxlamaqla həmfikirdirlər.

Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik. Sağlam düşüncənin qalib gələcəyinə ümidliyəm”, – Azərbaycan səfiri qeyd edib.

Continue Reading

Previous: Bu şəxslər imtahan verəcək 
Next: Hərbi xidmətə növbəti çağırış BAŞLADI

Bölmənin digər xəbərləri

Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar
  • Cəmiyyət

Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar

28 Yanvar, 2026
Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR
  • Cəmiyyət

Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR

28 Yanvar, 2026
Amnistiya 14589 şəxsə şamil olunub
  • Cəmiyyət

Amnistiya 14589 şəxsə şamil olunub

28 Yanvar, 2026

Top 7 Xəbər

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam 1

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video 2

Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video

28 Yanvar, 2026
Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar 3

Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar

28 Yanvar, 2026
Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR 4

Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR

28 Yanvar, 2026
Amnistiya 14589 şəxsə şamil olunub 5

Amnistiya 14589 şəxsə şamil olunub

28 Yanvar, 2026
İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? – FOTOLAR 6

İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? – FOTOLAR

28 Yanvar, 2026
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub 7

Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub

28 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 771)
  • Dünya (3. 154)
  • Gündəm (10. 974)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (455)
  • Kriminal (1. 321)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8771) Dünya (3154) Gündəm (10974) Kateqoriyasızlar (455) Kriminal (1321) Mədəniyyət (331) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam 28 Yanvar, 2026
  • Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video 28 Yanvar, 2026
  • Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar 28 Yanvar, 2026
  • Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR 28 Yanvar, 2026
  • Amnistiya 14589 şəxsə şamil olunub 28 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.