Skip to content
14 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 904)
  • Dünya (3. 194)
  • Gündəm (11. 140)
  • İdman (623)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 334)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 944)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Cəmi 23 saat 43 dəqiqə…

Bitdi! “Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 23 saat 43 dəqiqə
Cavidan 20 Sentyabr, 2023

Bitdi! “Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 23 saat 43 dəqiqə çəkdi.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar, ərazimizi tərk edirlər. 

Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Sabah Yevlaxda danışıqlar olacaq.

Onsuz da Azərbaycan heç vaxt müharibə arzusunda olmayıb. Bu cümləni təsdiqləyən 30 illik səbrimiz var. Bəlkə də, dünyada bizdən çox danışan xalq da yoxdur. Biz hər şeyi danışıq, sülh yolu ilə qaydasına salmağa çalışırıq. 

Amma gərək qarşındakı(lar) da səni başa düşsün. 

Biz başa düşülməyən nə deyirdik ki?

Deyirdik ki, üçtərəfli bəyanatın 4-cü bəndi kobudcasına pozulur, qanunsuz erməni silahlı qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmır, hərbi fəaliyyətləri davam edir və ərazilərimizi minalayırlar.

Və bunun səbəb olduğu terror aktlarından birinin üzərindən cəmi bir sutka keçib. Dünən Xocavənddə səhərə yaxın, özü də sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş iki fərqli mina partlayıb, nəticədə 4-ü polis olmaqla 6 vətəndaşımız həlak olub.

Ətraflı

İndi onların vida mərasimində çox ağır mənzərə var. Atasının dəfn mərasimində ağlayan, bəlkə də nəyin baş verdiyini heç anlamayan körpələri gördükcə başa düşürsən ki, bu problem gələcək nəsillərə qalmamalıdır, dərhal bir tədbir görülməlidir.

Bunun adı isə antiterrordur!

Çünki sənin doğruların “həqiqət” axtarışında olanların marağına uyğun gəlmirdi. Biz isə torpaqlarımız üzərinə çökən qaranlığı aydınlatmalıydıq. 

Tədbirin giriş sözü də çox aydın şəkildə deyilmişdi:

“Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”.

Son sözü isə Müzəffər Ali Baş Komandan və qəhrəman Ordumuz dedi! Təəssüf və çox təəssüf ki, heç bir lokal antitteror tədbiri itkisiz olmur, bizim də bu döyüşdə itkilərimiz, şəhidlərimiz, yaralılarımız oldu. Birinci Qarabağ müharibəsində 20 min şəhid verdiyimiz halda torpaqlarımızı itirmişdiksə, indi bu şəhidlərimizin qanı hesabına ölkəmizin konstitusiya quruluşunu bərpa etdik.

Qondarma rejimin təslim olduğunu eşitmək hər nə qədər sevindirici olsa da,  şəhid xəbərlərinin olması bir o qədər üzücüdür. Amma bitdi! Çünki biz bu itkilərin hesabına Qarabağda qayda-qanunun yaradılmasına və bu bölgədə birdəfəlik sülhün bərqərar olmasına, gələcək nəsillərin müharibəsiz şəraitdə yaşamasına nail olduq. 

Bu, son idi, son tədbir idi… Pərdə qapandı!

Allah Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!

[b]Qafqazinfo.az[/b]

Continue Reading

Previous: Elvin Rəhimovun uğurlarına kölgə salmaq mümkün olmayacaq
Next: İki gün sonra nişanı olacaqdı… – Foto

Bölmənin digər xəbərləri

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
  • Cəmiyyət

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

14 Fevral, 2026
Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib
  • Cəmiyyət

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

14 Fevral, 2026
Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib
  • Cəmiyyət

Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

14 Fevral, 2026

Top 7 Xəbər

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir 1

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

14 Fevral, 2026
Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır 2

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

14 Fevral, 2026
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 3

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

14 Fevral, 2026
Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib 4

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

14 Fevral, 2026
Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib 5

Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

14 Fevral, 2026
Prezident İlham Əliyev Münxendə bolqarıstanlı həmkarı ilə görüşüb 6

Prezident İlham Əliyev Münxendə bolqarıstanlı həmkarı ilə görüşüb

14 Fevral, 2026
Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir 7

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

14 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 904)
  • Dünya (3. 194)
  • Gündəm (11. 140)
  • İdman (623)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 334)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 944)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8904) Dünya (3194) Gündəm (11140) Kateqoriyasızlar (462) Kriminal (1334) Mədəniyyət (334) Siyasət (2944) Texnologiya (14) İdman (623) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir 14 Fevral, 2026
  • Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır 14 Fevral, 2026
  • Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 14 Fevral, 2026
  • Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib 14 Fevral, 2026
  • Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib 14 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.