Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü
  • Cəmiyyət
  • Gündəm

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Cavidan 13 Sentyabr, 2023
1694593606.6501667fbc4426501667fbc44316945905916501667fbc43f6501667fbc440

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan dövlət başçısı qeyd edib ki, Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, ölkələrimizin regionlarımızın sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir. Bolqarıstan Prezidenti ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə və bu il Bolqarıstana, özünün isə 2023-cü ilin martında Azərbaycana səfərlərini xoş təəssüratlarla xatırlayıb.

Bolqarıstan Prezidenti, digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu istiqamətdə də təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib.

O, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.

Rumen Radev Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək, bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb. Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi.

“Həmrəylik Halqası – STRİNG layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən Rumen Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir. O, həmçinin ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan müsbət danışıqların ölkələrimiz arasında münasibətlərin inkişafında vacib rolunu qeyd edib. Spiker deyib ki, Prezident İlham Əliyevin 2022-ci ilin sentyabr – oktyabr aylarında rəsmi səfəri zamanı istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.

Bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Bolqarıstana ilk rəsmi səfəri olduğunu xatırladan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan ilə Bolqarıstan parlamentləri arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. O həmçinin, parlamentlərimizin müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığının daha da inkişafı üçün yaxşı imkanlar olduğunu, dostluq qruplarının birgə fəaliyyətinin bu istiqamətdə önəmini qeyd edib. Spikerin sözlərinə görə, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır.
Sahibə Qafarova, həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni yaranmış vəziyyət barədə məlumat verib. Spiker hazırda Azərbaycanın öz imkanları hesabına işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirildiyini, işğal qurbanı olmasına baxmayaraq, ölkəmizin beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən bir-birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı siyasi-hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

O, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən qondarma rejimin “prezident seçkiləri”nin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edərək, beynəlxalq birliyin bütün üzvlərini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməyə, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmağa və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməyə çağırıb.

Sahibə Qafarova həmçinin, Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə bağlı məlumat verərək, deyib ki, Ermənistan bu cür həqiqətdən uzaq, uydurma iddiaları gündəmə gətirməklə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə alıb. Spiker deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişinin imzalanmasına sadiqdir, o cümlədən Qarabağ bölgəsinin etnik erməni sakinlərinin ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası üçün səylər göstərir.

Görüşdə humanitar sahədə də əməkdaşlığın vacibliyini qeyd edən spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında dostluq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Xalqlarımız arasında humanitar əlaqələr zəngin tarixə malikdir. Xalqlarımızın mədəniyyət, incəsənət, elm sahələrində əməkdaşlığını sübut edən çoxlu faktlar var. Təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. O, xüsusilə 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Veliko Tırnovo şəhərinin Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsinin sıx humanitar əlaqələrimizin daha bir nümunəsi olduğunu vurğulayıb. Həmçinin, 2022-ci ilin sentyabrında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Veliko Tırnovo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandumun da önəmi ifadə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: DTX-dən ƏMƏLİYYAT: Gizli pul köçürmələri edən şəbəkə ifşa olundu
Next: Putin Kim Çen Inın şərəfinə rəsmi şam yeməyi verib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 160646
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Cavidan 2 İyul, 2026
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 683)
  • Dünya (3. 431)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 1
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 2
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 3
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 4
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var Screenshot 2026-07-02 123123 5
  • Cəmiyyət

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9683) Dünya (3431) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.