Pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Operativ Qərargaha heç bir müraciət edilməyib.
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, hələ ki belə bir şey nəzərdə tutulmayıb, vəziyyət nəzarət altındadır.
“Hazırda bununla bağlı əlavə tədbirlər düşünülmür”, – deyə o bildirib.