Skip to content
19 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 109)
  • Dünya (3. 270)
  • Gündəm (11. 444)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Düşmən Kəlbəcər və Laçında genişmiqyaslı TƏXRİBAT TÖRƏTDİ – Hərbçilərimiz yaralandı

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Bu barədə  Müdafiə
Cavidan 16 Noyabr, 2021

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.

Continue Reading

Previous: Əli Əsədov Milli Məclisdə
Next: Karantin rejimi sərtləşdiriləcək? – AÇIQLAMA

Bölmənin digər xəbərləri

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB
  • Cəmiyyət

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

19 Mart, 2026
Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb
  • Cəmiyyət

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

19 Mart, 2026
Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib
  • Cəmiyyət

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

19 Mart, 2026

Top 7 Xəbər

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB 1

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

19 Mart, 2026
Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb 2

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

19 Mart, 2026
Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib 3

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

19 Mart, 2026
Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib 4

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

19 Mart, 2026
Bayram günlərinin hava proqnozu açıqlanıb 5

Bayram günlərinin hava proqnozu açıqlanıb

19 Mart, 2026
Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq 6

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 Mart, 2026
Azərbaycanda sabahdan 11 günlük tətil başlayır 7

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

19 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 109)
  • Dünya (3. 270)
  • Gündəm (11. 444)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9109) Dünya (3270) Gündəm (11444) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (340) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB 19 Mart, 2026
  • Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb 19 Mart, 2026
  • Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib 19 Mart, 2026
  • Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib 19 Mart, 2026
  • Bayram günlərinin hava proqnozu açıqlanıb 19 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.