Skip to content
16 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Cahangir Əsgərovdan sonra AZAL-ın qiymətləri ucuzlaşacaq? – İlin sonuna kimi…
  • Cəmiyyət
  • Gündəm

Cahangir Əsgərovdan sonra AZAL-ın qiymətləri ucuzlaşacaq? – İlin sonuna kimi…

Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin
Cavidan 6 Sentyabr, 2023
1693980883_1680683736_zangilan_a340_1-1 (1)

Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. 

Cahangir Əsgərov digər hava yolları ilə müqayisədə AZAL-ın bilet qiymətlərinin olduqca baha olması barədə şikayətlərin artması fonunda işdən çıxarılır. Prezidentin sərəncamı ilə onun yerinə müvəqqəti olaraq QSC-nin birinci vitse-prezidenti Samir Rzayev gətirilib.

Bu yenilik AZAL-ın qiymətlərində yarana biləcək dəyişiklikləri gündəmə gətirir. Vətəndaşlarda sual yaradan məsələ isə bu dəyişikliyin qiymətlərə təsir edib-etməyəcəyidir.

Milli Məclisin deputatı Rüfət Quliyev Modern.az-a açıqlmasında AZAL-da yeniliklər gözlədiyini bildirib.

“İstənilən addım düşünülmüş addımdır. Mənə elə gəlir ki, bu addımla  AZAL-ın siyasətində böyük dəyişikliklər olacaq. İlk orada problem var idi ki, AZAL monopolist idi. İstər aeroportlar, onlara qulluq edən infrastrukturlar, bütün bağlı təşkilatlar bir yerdə idi. Hətta  Azərbaycanın “loukoster“ni açanda onun da AZAL-dan asılılığı var idi. Xidmətdə, biletlərin qiymətlərində böyük dəyişiklər gözlənilir.

Vətəndaşlarla görüşümüz zamanı istirahətə, oxumağa, xəstəxanlara gedən adamlar qiymətlərin baha olmasından şikayətlənirdilər.  Məsələn Gürcüstan qiymətləri ilə müqayisə edəndə fərqlər var. Ümid edirəm böyük dəyişikliklər olacaq. Hökumət bunu tədricən, mərhələli edir. Bu ilin sonuna qədər insanlar üçün müsbət dəyişiklər olacaq”.

Cahangir Əsgərovdan sonra AZAL-ın qiymətləri ucuzlaşacaq? - İlin sonuna kimi...

O qeyd edib ki, Azərbaycan regionlarında beynəlxalq standartlara uyğun aeroportlar var.

“Əgər AZAL işlədə bilmirsə, tender keçirib onları icarəyə vermək lazımdır. Bütün dünyada hava limanlarının 55%-i icarədədir. Mənə elə gəlir, icarəyə verilərsə, regionlarda daha çox, yeni iş yerləri açılacaq, maaşlar artıq olacaq. Bu adi məsələdir, bir-birinə bağlıdır.

Nəzərdə tutmuşam, oktyabrda bu mövzunu təklif edim. İstənilən dövlət obyektini, böyük idman komplekslərini, hava limanlarını, dəniz limanlarını icarəyə vermək olar. Cənab prezident hər dəfə bildirir ki, dövlət strukturlarının obyektləri daha qazancverici, effektiv olmalıdır. Bu həm də sahibkarlıq üçün böyük addımdır”.- deputat bildirib.

Milli Məclisin deputatı Vahid Əhmədov isə AZAL-ın qiymət siyasəti barədə daha yeni addımlar atılmalı olduğunu diqqətə çatdırıb.

“Qiymətlər kifayət qədər bahadır, alternativliyə imkan yoxdur. Problemlər var. Hətta Naxçıvan biletlərinin qiymətləri yüksəkdir. Çox məsələlər qaldırılır. Hələlik təyin edilən əvəzedici kadr cavandır. İndi artıq idarəetmə strukturlarında cavanlaşma gedir.

Hesab edirəm AZAL-da böyük islahata ehtiyac var. Biletlərin qiyməti kifayət qədər yüksəkdir. Hətta qonşu Gürcüstan, Türkiyə ilə müqayisədə qiymətlər çox yüksəkdir. Qiymətləri normal səviyyəyə gətirmək lazımdır, əlçatanlıq olsun.

Mənə elə gəlir yeni rəhbərlik təyin olunduqdan sonra öz komandasını yığacaq. Mən deməzdim ki, qiymətlərin köhnə rəhbərliklə əlaqəsi var idi, fakt o idi ki, qiymətlər baha idi. Bunlar stabilləşməli, tariflərə baxılmalıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu ölkə Rusiya ilə sərhədi minalayacaq
Next: Vilayət Eyvazov generalı vəzifədən azad etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 172754
  • Cəmiyyət

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 170212
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 161255
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 752)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub Screenshot 2026-07-15 172754 1
  • Cəmiyyət

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

15 İyul, 2026
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Screenshot 2026-07-15 170212 2
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

15 İyul, 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Screenshot 2026-07-15 161255 3
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

15 İyul, 2026
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 4
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 5
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9752) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.