Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Çoban məhkəmədə gömrükçünü uddu
  • Cəmiyyət
  • Gündəm

Çoban məhkəmədə gömrükçünü uddu

Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,
Cavidan 31 Avqust, 2023
coban

Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Balakən rayonunda gömrük orqanında işləyən Mübariz Ağayev iddia edib ki, dayısı oğlu Şahin Eldarov telekanallardan birində yalan məlumat verərək ona böhtan atıb.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Ş.Eldarov uzun müddət xüsusi ittihamçının təsərrüfatında çobanlıq edib, onun heyvanlarına baxıb. Aralarındakı qeyri-rəsmi razılaşmaya görə, M.Ağayev zəhmət haqqının əvəzi olaraq heyvanların bir hissəsini Şahinə verməli imiş.

Bir müddət sonra qohumlar arasında mübahisə yaranıb. M.Ağayev bütün heyvanları çobanlıq edən qohumundan alıb, əvvəlcədən olan sövdələşməyə də əməl etməyib.

Problemin həlli üçün təqsirləndirilən şəxs dəfələrlə Dövlət Gömrük Komitəsinə şikayət edib, qohumunun əməlləri barədə məlumat verib. Mütəmadi şikayətlər araşdırılıb və sözügedən şəxsin onun təsərüfatında əmək müqaviləsi olmadan işlədiyi məlum olub. Bununla bağlı Xidmət tərəfindən M.Ağayevə şiddətli töhmət də verilib.

Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək televiziya kanallarından birinə müraciət edib, reportajda vəzifəli qohumunun onu aldatdığını, haqqı olan 180 baş heyvanı ona vermədiyini deyib. Xəbərlər buraxılışının aparıcısı isə təqsirləndirilən şəxsə münasibətdə “Çobanın haqqını kəsiblər, zəhmətinin qarşılığını vermirlər, halbuki gecəsini gündüzünə qatıb, evindən ayrı düşən bu şəxs böyük bir sürünü otarmaqdan başqa, onu canavar və çaqqaldan qorumaqla həyatını riskə atıb”, – ifadələrdən istifadə edib.

Qohumunun davamlı şikayətləri ilə bağlı gömrükçü məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 147.1-ci ( böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

M.Ağayev deyib ki, çobana heç bir borcu yoxdur, qohumlarına nisbətən imkanlı olduğu üçün ünvanına deyilənlər şantaj və böhtan xarakteri daşıyır.

İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə gömrükçünün iddiasını əsaslı sayaraq ona böhtan atıldığının faktlarla sübut olunduğunu elan edib. Qərara əsasən, Şahin Eldarovun aylıq qazancından 15 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu dəfə işə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti cinayət işinin materiallarını hərtərəfli araşdırıb, dəlil və sübutları yenidən tədqiq ediblər. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı əvvəlki qərar işin faktiki halları ilə uyğun deyil. Qeyd edilib ki, şəxsin  şikayətini televiziya kanalı vasitəsilə işıqlandırması cinayət əməli hesab oluna bilməz.

Qərara əsasən Şahin Eldarovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Universitetə qəbul olanların NƏZƏRİNƏ
Next: “15 yaşlı uşaqlar arasında oxuduğunu başa düşən azdır” – Emin Əmrullayev

Bölmənin digər xəbərləri

Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

Cavidan 3 İyul, 2026
Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Cavidan 3 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 688)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Screenshot_20260703_155046_com_android_chrome_ChromeTabbedActivity 1
  • İdman

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

3 İyul, 2026
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity 2
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

3 İyul, 2026
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity 3
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

3 İyul, 2026
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 4
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 5
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9688) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.