Skip to content
5 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 372)
  • Dünya (3. 349)
  • Gündəm (11. 712)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (489)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Qərbin silah ehtiyatları tükənir, müharibəni bitirmək barədə müzakirələr gedir” – “Sky News”

“NATO və Qərbin Ukraynaya dəstək nümayiş etdirməsinə baxmayaraq, pərdəarxasında konflikti necə sona çatdırmaq barədə düşünürlər. Qərbdə bu mövzu
Cavidan 19 Avqust, 2023

“NATO və Qərbin Ukraynaya dəstək nümayiş etdirməsinə baxmayaraq, pərdəarxasında konflikti necə sona çatdırmaq barədə düşünürlər. Qərbdə bu mövzu ilə bağlı narahatlıqlar artır”.

Bu barədə hərbi ekspert Sin Bell Britaniyanın “Sky News” nəşrində dərc olunmuş məqaləsində yazıb.

O bildirib ki, Ukraynanın çoxdan gözlənilən yaz əks-hücum əməliyyatı artıq 10-cu həftəsindədir:

“Prezident Volodimir Zelenskinin fikrinə görə, əks-hücum əməliyyatları ancaq Qərbin silah tədarükündən asılıdır. O bildirir ki, silahlar verilərsə, əks-hücum əməliyyatları davam edəcək. Ukrayna yaz hücumuna iyunun əvvəlində başlayıb. Bəzi şiddətli döyüşlərə baxmayaraq, Rusiyanın istehkamları hələ də möhkəmdir. Halbuki Prezident Zelenski üçün uğurun göstəricisi azad edilən torpaqlardır”.

Məqalədə əks-hücum əməliyyatlarının ləng davam etdiyinə diqqət çəkilib:

“Ukraynanın mübarizəni davam etdirmək əzmi başadüşüləndir – bu, hər şeydən əvvəl, onların müharibəsidir. Lakin Qərb liderləri artıq savaşın perspektivini müzakirə etməyə, bundan sonra nələr olacağı barədə düşünməyə başlayıblar. Qərb deyir ki, nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək. Lakin Qərbin silah ehtiyatları da azalır. Qərb Ukraynaya dəstəyi davam etdirmək üçün məhdud imkanlara malikdir”.Qeyd edək ki, son günlər Ukrayna ilə NATO arasında gərginlik yaranıb. NATO nümayəndəsi Stian Yenssen daha əvvəl demişdi ki, Ukrayna Alyansa üzvlük müqabilində torpaq güzəştinə getməlidir. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak və xarici işlər naziri Dmitro Kuleba bu təklifə kəskin münasibət bildiriblər və müharibənin davam edəcəyini söyləyiblər.

NATO Baş katibi Yens Stoltenberq isə rəsmi Kiyevin mövqeyini dəstəklədiyini bildirib.

Bir çox ekspertin fikrincə, Qərb Ukraynanı yarıyolda qoymağa hazırlaşır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.

“Report”

Continue Reading

Previous: CBC-nin filmi Afrikada rezonans doğurdu – Video
Next: Günün qoroskopu: İşdə həmkarlarla dil tapın

Bölmənin digər xəbərləri

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
  • Cəmiyyət

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
  • Cəmiyyət

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

5 May, 2026

Top 7 Xəbər

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 1

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb 2

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur 3

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

5 May, 2026
Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI 4

Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI

5 May, 2026
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb 5

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

5 May, 2026
BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr 6

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

5 May, 2026
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib 7

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

4 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 372)
  • Dünya (3. 349)
  • Gündəm (11. 712)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (489)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9372) Dünya (3349) Gündəm (11712) Kateqoriyasızlar (489) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 5 May, 2026
  • Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb 5 May, 2026
  • Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur 5 May, 2026
  • Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI 5 May, 2026
  • Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb 5 May, 2026
© Addim.az | MoreNews by AF themes.