“Türkiyə müzakirə mövzusu olanda bəziləri beynəlxalq ticarətin qanunlarını dəyişsə, ikili standartlar tətbiq etsə də, biz bütün bu maneələri aşacaq gücə sahibik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala körpüsündəki son tamamlama işləri ilə tanış olarkən deyib.
“Bəlkə bir az vaxt itirəcəyik, bəlkə də bir az daha çox enerji sərf edəcəyik, amma mütləq məqsədlərimizə çatacağıq”- dövlət başçısı bildirib.