Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından üç il ötür
  • Cəmiyyət
  • Gündəm

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından üç il ötür

Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür. Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi
Cavidan 14 İyul, 2023
1689309252_IMG_7470 (1)

Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.

Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.

İyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin daha beş hərbi qulluqçu şəhid olub. Ermənistanın hərbi birləşmələrinin hücumları nəticəsində rayonun Ağdam kənd sakini də həlak olub.

Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi olub.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

İlqar Mirzəyev isə 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ermənilər Sədərək və Xocalını ATƏŞƏ TUTDU
Next: Azərbaycanda general vəfat etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026
WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 744)
  • Dünya (3. 454)
  • Gündəm (11. 950)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (523)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-15 104120 1
  • Kateqoriyasızlar

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

15 İyul, 2026
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib Screenshot 2026-07-15 100714 2
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

15 İyul, 2026
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır Screenshot 2026-07-15 094843 3
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

15 İyul, 2026
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb Screenshot 2026-07-15 093031 4
  • Kriminal

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

15 İyul, 2026
UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb Screenshot 2026-07-15 091458 5
  • İdman

UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9744) Dünya (3454) Gündəm (11950) Kateqoriyasızlar (523) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.