![](https://addim.az/wp-content/uploads/2023/07/1688198332_5eb1b165-f2a1-40a3-998d-4f2c5d71e305.jpg)
Sabunçu Tibb Mərkəzinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Cahangir Həsənov işdən çıxarılıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin direktoru Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov idi. O, bir müddət əvvəl işdən çıxarılmış və vəzifəsinin icrası müvəqqəti olaraq Cahangir Həsənova həvalə edilmişdi.