Skip to content
5 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 372)
  • Dünya (3. 349)
  • Gündəm (11. 712)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 382)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Dünya Azərbaycanlıları Beynəlxalq Fondu erməni təxribatları ilə əlaqədar İsveç və Almaniyaya çağırış edib

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və İsveç Erməni Assosiasiyaları İttifaqı (UAAS) Qarabağ separatçılarının bəyanatını dəstəkləyərək Nikol Paşinyanın mayın 22-də
Cavidan 7 İyun, 2023

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və İsveç Erməni Assosiasiyaları İttifaqı (UAAS) Qarabağ separatçılarının bəyanatını dəstəkləyərək Nikol Paşinyanın mayın 22-də verdiyi açıqlamanı pisləyiblər. Erməni diasporu açıq şəkildə bəyan edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstəriləcəyi hər hansı beynəlxalq və ya dövlətlərarası sənədi Ermənistan üçün qəbuledilməz hesab edir.

Hər iki erməni diasporunun bu bəyanatı mərkəzi qərargahı Stohkolmda yerləşən Dünya Azərbaycanlıları Beynəlxalq Fondu tərəfindən kəskin etirazla qarşılanıb. Fond Almaniya və İsveçdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarının separatçı və qızışdırıcı bəyanatları ilə bağlı hər iki ölkənin (Almaniya və İsveç) rəsmi qurumlarına müraciət ünvanlayıb.

“Sülhə gedən yol ölkələri və xalqları münaqişələrə, müharibələrə, faciələrə aparan problemlərin aradan qaldırılmasından keçir. Təəssüf ki, erməni diaspor təşkilatlarının nümayəndələri bu aşkar həqiqəti anlamaq və tanımaq istəmirlər. Xüsusilə, İsveç və Almaniyanın erməni icmaları Qarabağ separatçılarının bəyanatını dəstəkləyir, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyirlər”, – müraciətdə vurğulanıb.

DABF-in müraciətində bildirilib ki, İsveç və Almaniyadakı, eləcə də digər ölkələrin erməni icmalarının bəyanatları, həqiqətən də, təxribat xarakterlidir:

“Bu çağırışlar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümayişidir, separatizmə açıq dəstəkdir. Erməni separatçılarının dünya tərəfindən tanınmış Azərbaycan ərazisində bu cür hərəkətlərinə təkan verməklə İsveç və Almaniya, eləcə də dünyanın digər ölkələrindəki erməni icmaları yeni müharibələr və faciələrə stimul verirlər. Azərbaycan isə sülh, dövlətlərin ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq normalarına riayət etmək mövqeyindədir. Rəsmi Bakının bu mövqeyini dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla azərbaycanlı dəstəkləyir”.

DABF həmin ölkələrin rəsmi qurumlarını Azərbaycana qarşı bu təxribatların arxasında duranları məsuliyyətə cəlb etməyə çağırıb.

Xatırladaq ki, N.Paşinyan açıqlamasında yeni müharibənin qarşısını almaq üçün Ermənistanın “Qarabağın əhalisinin öz müqəddəratını təyin etməsindən” imtina etməli olduğuna diqqət çəkib. O, həmçinin qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisi 86,6 min kvadratkilometrdir.

Continue Reading

Previous: “İcazə” blanklarının alınması üçün onlayn müraciət xidməti istifadəyə verildi
Next: Bu müəllimlərin maaşları artırıla bilər – RƏSMİ

Bölmənin digər xəbərləri

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
  • Cəmiyyət

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
  • Cəmiyyət

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

5 May, 2026

Top 7 Xəbər

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib 1

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

5 May, 2026
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 2

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

5 May, 2026
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib 3

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

5 May, 2026
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 4

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb 5

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur 6

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

5 May, 2026
Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI 7

Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI

5 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 372)
  • Dünya (3. 349)
  • Gündəm (11. 712)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 382)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9372) Dünya (3349) Gündəm (11712) Kateqoriyasızlar (491) Kriminal (1382) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib 5 May, 2026
  • Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 5 May, 2026
  • MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib 5 May, 2026
  • Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 5 May, 2026
  • Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb 5 May, 2026
© Addim.az | MoreNews by AF themes.