Skip to content
10 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Dini komitə və Allahşükür Paşazadənin idarəsi ciddi səhvlərə yol verib”
  • Cəmiyyət
  • Gündəm

“Dini komitə və Allahşükür Paşazadənin idarəsi ciddi səhvlərə yol verib”

Cavidan 6 Aprel, 2023
1680786919.unikal az kapak foto (2)

“Müəyyən agentura şəbəkəsinin Azərbaycanda strukturlaşması, uzun illər boyu din və ideoloji sahələrdə kök salması bizim bu sahəyə diqqətimizin az olmasının nəticəsidir. Bu işlərlə məşğul olmalı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şeyxülislam Allahşükür Paşazadənin idarəsi çox ciddi səhvlərə yol veriblər”.

Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, təhsil almaq üçün İrana göndərilən və orada beyni yuyulan, ölkəyə ruhani-xadim kimi deyil, sırf İranın agenti kimi geri göndərilən şəxslər ölkədə dini-ideoloji işin aparılması prosesində şəbəkəyə çevriliblər:

“Onlar İrandan alınan təlimatlar əsasında işləyirlər. Doğrudan da, ortada dəhşətli faktlar var. Bu, bizdə dövlətin onurğa sütununu təşkil etməli olan dini işlərlə əlaqədar təşkilatlar bu məsələyə nə qədər məsuliyyətsiz yanaşdıqlarını göstərir. Bundan sonra kimlərsə sinəsinə vurub deyəcək ki, bu qədər mollanı işdən kənarlaşdırmışıq, yenilərini qəbul etmişik, amma həmin şəxslərlə mübarizə aparmaq üçün çox kəskin üsullara əl atmaq lazımdır. Dini komitənin məşğul olan təşkilatların səlahiyyətlərinin artırılması ilə bu işdə uğur qazanmaq olmaz”.

Q. Hüseynli əlavə edib ki, bu məsələlərdə kadr çatışmazlığı və bu işlərə rəhbərlik edən şəxslərin səriştəsizliyi ciddi surətdə nəzərdən keçirilməlidir:

“Adamlar dini prosesləri bilmədən və bu məsələlərin ölkənin ictimai-siyasi həyatına təsirlərini qəsdən nəzərə almadan bu sahəni başlı-başına buraxıblar. Nəticə etibarilə başqa dövlətin təsir dairəsi Azərbaycanda kök atıb, böyüyüb və ölkənin ictimai şüurunda az qala həlledici məqama çevrilib. Məscidlərdə İran meyilli qüvvələr at oynadırsa, bu məsələlər toylara qədər sıza bilirsə, deməli, məsələ kifayət qədər ciddidir. Dini işlərə rəhbərlik edən indiki şəxslərlə bu məsələləri aradan qaldırmaq mümkün olmayacaq. Təsirli tədbirlər həyata keçirmək lazımdır. Bu işin bütün anatomiyasını ortaya çıxara biləcək mütəxəssislər meydana çıxmalıdır. Biz həmin şəxslərdən işlərinə məsuliyyətsiz yanaşmalarına görə məsuliyyət tələb etməliyik. Onlardan soruşmalıyıq ki, indi yaranan ağır nəticələrə niyə vaxtında diqqət yetirməmisiniz? Nə işlə məşğul olmusunuz? Ortaya çıxacaq ki, bu adamlar tutduqları vəzifələrdən öz şəxsi rifahları üçün istifadə ediblər. Bu cür əhəmiyyətli ideoloji iş sahəsi isə başlı-başına buraxılıb. 

Onu da qeyd edim ki, casusluğa görə tutulan adamlar narkotik maddələrdən öz maliyyə vəziyyətlərini düzəltmək və yeni-yeni adamları öz sıralarına qatmaq üçün istifadə ediblər. İran onlara maliyyə yardımı ayırsa da, bu yardım çox vaxt Azərbaycana külli miqdarda narkotik vasitə gətirməklə də həyata keçirilib. İrana casusluğa görə saxlanılan bəzi şəxslərin yalnız narkotikə görə ittiham edilməsi yetərli deyil. Hesab edirəm ki, bu işin müxtəlif sferaları da ciddi surətdə araşdırılmalıdır”, – deyə o qeyd edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
Next: Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 131653
  • Cəmiyyət

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 122525
  • Cəmiyyət

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 114235
  • Cəmiyyət

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 716)
  • Dünya (3. 451)
  • Gündəm (11. 940)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-10 131653 1
  • Cəmiyyət

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

10 İyul, 2026
Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı? Screenshot 2026-07-10 125003 2
  • Dünya

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

10 İyul, 2026
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir Screenshot 2026-07-10 122525 3
  • Cəmiyyət

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

10 İyul, 2026
İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib Screenshot 2026-07-10 114235 4
  • Cəmiyyət

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

10 İyul, 2026
Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib Screenshot 2026-07-10 105402 5
  • Cəmiyyət

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9716) Dünya (3451) Gündəm (11940) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.