Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Pensiyaçılar niyə “yoxa çıxır”… – SƏBƏB
  • Cəmiyyət
  • Gündəm

Pensiyaçılar niyə “yoxa çıxır”… – SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min pensiyaçı qeydiyyatda olub. Ölkə əhalisinin
Cavidan 3 Aprel, 2023
1680498618_333e981e-4d9f-38e4-8f68-f2960c96e54b_850

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min pensiyaçı qeydiyyatda olub. Ölkə əhalisinin 11 faizini təşkil edən pensiyaçıların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13,0 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.  

Əvvəlki illərlə müqayisədə pensiyaçıların sayında azalma müşahidə edilir. Statistika Komitəsinin məlumatlarına əsasən, illər üzrə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı aşağıdakı kimi olub: 

İllər 2019 2020 2021 2022 
Pensiyaçıların sayı 1270600 1228000 1200500 1114200 

Cədvəldən göründüyü kimi ötən il pensiyaçıların sayı 2021-ci illə müqayisədə 86 mindən çox, 2019-cu illə müqayisədə isə 156 mindən çox azalıb. 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil edib və orta aylıq əməkhaqqının 44,3 faizinə bərabər olub. Əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.

Pensiya alan şəxslərin sayında azalma müşahidə olunması mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ bir çox amillə əlaqədardır:

“Ümumiyyətlə, pensiya ilə əlaqədar hələ keçən il azalma olmuşdu. Əvvəl pensiya yaşı 63 idi, daha sonra 65-ə qalxıb. Ona görə də, müəyyən insanlar gözləməli olurlar. Üstəlik, əvvəllər haqqı olmadan pensiyaya düşənlər olub. İndi Nazirlik tərəfindən onlarla bağlı yoxlamalar gedir”.

Deputat qeyd edib ki, pensiya kəsilsə belə onun əvəzində tədbir görülməlidir: “Mən bir neçə dəfə demişəm ki, əgər hansısa şəxsin pensiyasını ləğv edirsinizsə, onu bir başqa işlə təmin edin, yaxud müəyyən yardım ayırın. Bununla da onlar dolana bilsin. İnsanların buna ehtiyacı var”.

Bəs, pensiya yaşı yenidən azaldıla bilərmi?

Vahid Əhmədov suala cavabında deyib: “Mən hesab edirəm ki, yenidən bu məsələyə baxılmalıdır. Müzakirə olunmalıdır. Biz beynəlxaq mətbuata, statistikaya baxırıq. Bu mübahisəli məsələdir. Ona görə də pensiya yaşının azaldılması məsələni müzakirə etmək lazımdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanlı və erməni hərbçilər arasında dava? – Hraparak
Next: Həyat yoldaşı Fazil Mustafanın son durumunu AÇIQLADI

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 130754
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 123011
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 749)
  • Dünya (3. 454)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (523)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq Screenshot 2026-07-15 130754 1
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

15 İyul, 2026
Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı Screenshot 2026-07-15 123011 2
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

15 İyul, 2026
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Screenshot 2026-07-15 114105 3
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

15 İyul, 2026
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib Screenshot 2026-07-15 111757 4
  • Cəmiyyət

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

15 İyul, 2026
İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb Screenshot 2026-07-15 110742 5
  • Cəmiyyət

İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9749) Dünya (3454) Gündəm (11951) Kateqoriyasızlar (523) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.