Skip to content
21 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 467)
  • Dünya (3. 375)
  • Gündəm (11. 780)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Əhməd İsmayılov: “Vergi Məcəlləsinə dəyişiklik mediamızın iqtisadi müstəqilliyini gücləndirəcək”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Beləliklə, media
Cavidan 1 Aprel, 2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov APA-ya bildirib ki, bu qərar cənab İlham Əliyevin ölkə mediasına göstərdiyi diqqətin bariz nümunəsidir.

“İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Dövlətin medianın inkişafına dəstək strategiyasından bu sahə ilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azad etmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir”,- deyə Əhməd İsmayılov bildirib.

İcraçı direktor vurğulayıb ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsi mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin media ictimaiyyəti adından diqqət və qayğısına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”, – deyə Əhməd İsmayılov bildirib.

Continue Reading

Previous: Üç qurum birləşdirildi: Su problemi həll ediləcək? – FOTO
Next: Zelenski Rusiya Maliyyə Nazirliyinə sanksiya tətbiq etdi

Bölmənin digər xəbərləri

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
  • Dünya

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm

20 May, 2026
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
  • Cəmiyyət

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

20 May, 2026
WUF13-ə onlayn qeydiyyat uzadıldı
  • Cəmiyyət

WUF13-ə onlayn qeydiyyat uzadıldı

20 May, 2026

Top 7 Xəbər

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm 1

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm

20 May, 2026
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib 2

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

20 May, 2026
WUF13-ə onlayn qeydiyyat uzadıldı 3

WUF13-ə onlayn qeydiyyat uzadıldı

20 May, 2026
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj 4

Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj

20 May, 2026
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq 5

Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq

20 May, 2026
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb 6

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

20 May, 2026
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər 7

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər

20 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 467)
  • Dünya (3. 375)
  • Gündəm (11. 780)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9467) Dünya (3375) Gündəm (11780) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (350) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm 20 May, 2026
  • Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib 20 May, 2026
  • WUF13-ə onlayn qeydiyyat uzadıldı 20 May, 2026
  • Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj 20 May, 2026
  • Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq 20 May, 2026
© Addim.az | MoreNews by AF themes.