Skip to content
8 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
  • Cəmiyyət

Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb. Rövşən Fərhad-zadə MŞ-yə yeni
Cavidan 27 Mart, 2023
ramiz (1)

“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb. Rövşən Fərhad-zadə MŞ-yə yeni üzv seçilib.

Bu barədə “APA-Economics”in sorğusuna əsasən bankdan bildirilib. Məlumata görə, İdarə Heyətinin (İH) sədri Emil Rzayev də vəzifəsindən ayrılıb. İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov İH sədrinin əvəzedicisi vəzifəsinə təyin edilib.

Bundan əlavə, Bankın İdarə Heyətinin üzvləri Rauf Qurbanov və Zaur Yusifov İdarə Heyəti sədrinin müavinləri təyin edilib.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.
Ətraflı

Qeyd edək ki, uzun illərdir mətbuatda “BTB Bank”ın əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb. 

Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasında direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.

İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Onu da bildirək ki, “Bank BTB” ASC-nin əsas səhmdarı olan Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan “Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu ölkənin dövlət qurumlarında “TikTok”, “Instagram” və “Twitter” qadağan edildi
Next: İkardi Azərbaycana təşəkkür etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-08 123922
  • Cəmiyyət

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

Cavidan 8 İyul, 2026
Screenshot 2026-07-08 121344
  • Cəmiyyət

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb

Cavidan 8 İyul, 2026
Screenshot 2026-07-08 104942
  • Cəmiyyət

Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

Cavidan 8 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 704)
  • Dünya (3. 446)
  • Gündəm (11. 933)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib Screenshot 2026-07-08 123922 1
  • Cəmiyyət

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

8 İyul, 2026
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb Screenshot 2026-07-08 121344 2
  • Cəmiyyət

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb

8 İyul, 2026
İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək Screenshot 2026-07-08 114721 3
  • Dünya

İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək

8 İyul, 2026
Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər Screenshot 2026-07-08 104942 4
  • Cəmiyyət

Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

8 İyul, 2026
NATO toplantısının bugünkü PROQRAMI Screenshot 2026-07-08 102156 5
  • Dünya

NATO toplantısının bugünkü PROQRAMI

8 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9704) Dünya (3446) Gündəm (11933) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.