Skip to content
6 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 375)
  • Dünya (3. 351)
  • Gündəm (11. 716)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Günün qoroskopu: Çalışdığınız insanlarla dil tapın
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Çalışdığınız insanlarla dil tapın

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Qoç –
Cavidan 3 Mart, 2023

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç – ağır və çətin gün olsa da, müşküllərin öhdəsindən gələcəksiniz. Nikbin olun, aktiv davranın. Günün ilk yarısında emosional fon gərgin olduğundan daha çox çalışmalı olacaqsınız. Yaxşı əhvalınızı qoruyun. Pozitiv emosiyalara ehtiyacınız var.

Dəstək almaq istəyirsinizsə, yardım istədiyiniz insanla konkret danışın.

Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Öz ideyalarınızı reallaşdırmaq əvəzinə başqalarının fikirlərindən yararlana bilərsiniz. İdman, ağır fiziki əmək, sükan arxasında çox vaxt keçirmək məsləhət deyil. Travma və xoşagəlməz hadisələr riski var.

Kosmetik vasitələrlə eksperimentlər aparmayın. Allergik reaksiyalar ola bilər.

Buğa – gün uğursuz başlanacaq. Günün ilk yarısında problemlər bir-birini əvəzləyəcək. Dincəlməyə, nəfəs dərməyə vaxtınız olmayacaq. Dostlar və tanışlar sizə yardım etməyə hazırdırlar. Amma onların yardımları gözlənilən effekti vermir. Çətin situasiya daha da ağırlaşır. Maliyyə və daşınmaz əmlakla bağlı müstəqil qərar qəbul edin.

Günün ikinci yarısında aktiv çalışın. Şər qarışana qədər evdə olmağa çalışın. Kompüter və ya televizor arxasında çox vaxt keçirmək gərək deyil. Adi günlərdən fərqli olaraq gözləriniz daha tez yorulacaq. Başağrıları da istisna deyil. Sevdiyiniz şəxs axşam saatlarında sizi xoş xəbərlə sevindirəcək.

Əkizlər – gün narazılıq və narahatlıq vəd etməsə də, sürprizlər olacaq. Köhnə dostlar və ya bir neçə il əvvəl işlədiyiniz insanlardan birindən qəfil xəbərlər ala bilərsiniz. Çətin qərar qəbul edə bilərsiniz. Həmin qərarı dərhal həyata keçirmək asan olmasa da, səyləriniz hədər getməyəcək. Nəticələr sizi sevindirəcək.

Günün ikinci yarısında xoş tanışlıqlar ola bilər. Lakin onlar ciddi münasibətlərin rəhni olmayacaq. Ani marağı və ya rəğbəti ciddi hiss kimi qəbul etməyin. Situasiyanı dürüst qiymətləndirmək üçün vaxta ehtiyacınız var. Durumu dəqiq qiymətləndirsəniz, sonradan təəssüf hissi keçirməyəcəksiniz.

Xərçəng – nüfuz və imicinizi qoruyun. Paxıllarla rəqiblər bu gün dəridən-qabıqdan çıxacaq, sizə mane olmağa çalışacaqlar. İstənilən, hətta ən kiçik səhvləriniz diqqəti sizə cəlb edəcək. Uğurlar və nailiyyətlərinizi isə görməməyə çalışacaqlar.

Bilik və bacarıqlarınızı nümayiş etdirin, qələbələriniz barədə danışın. Lakin özünüzü həddən ziyadə tərifləməyin.

Günün ikinci yarısında romantik təmaslarla bağlı dəvəti qəbul etməyə tələsməyin. Sadəcə, nəzakət xətirinə harasa yollanmayın. İnsan sizin xoşunuza gəlirsə, hər şey yaxşı olacaq. Əks təqdirdə problemlər yaranacaq.

Şir – istənilən qərarları müstəqil qəbul edin. Bu gün sizinlə manipulyasiya etmək istəyən insanlar çox olduğundan onların hamısına sinə gərmək asan deyil. Səfər və ya səyahət, ezamiyyət üçün yaxşı zamandır. Sifariş aldığınız və ya çalışacağınız məkana yollananda yolda emosiyalarınızı səbatlı edin. Şəraitin dəyişməsi kefinizi kökəldə bilər.

Uzaqda, başqa şəhərdə yaşayan tanışlardan birindən günün ikinci yarısında xoş xəbər ala bilərsiniz. Son zamanlar darıxdığınız insanla görüşəcəksiniz.

Yanlış qərarla pozulmuş romantik münasibətlərin bərpası üçün əlverişli zamandır.

Qız – yeni imkanlar vəd edən gündür. Lakin həmin imkanlardan yararlanmaq üçün qətiyyətli və cəsur olun. Yanınızdakı insanın sizi dəstəkləməsi önəmli amildir. Bir-iki söz əhvalınızı yaxşılaşdıra bilər. Gəlirlər az, hədiyyə kiçik və ucuz olacaq.

Günün ikinci yarısı fiziki əmək və səylə çalışmaq üçün münasib zamandır. Axşam saatlarında nikbin, parlaq görünməyə çalışın. Ünsiyyətə can atdığınız insanın marağını cəlb edə bilərsiniz.

Tərəzi – qarışıq və mürəkkəb gündür. Ciddi işlər planlaşdırmayın. Diqqətli olun, dağınıq davranmayın. Mühüm detalları, önəmli xırdalıqları nəzərdən qaçırmayın. Belədə ciddi səhv riski dəfələrlə artır. Yaxınlarınızla ünsiyyətdə problemlərin yaranmamasına çalışın. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq, qayğıkeş və diqqətli olun.

Günün ikinci yarısında mövqeyinizi qorumağa çalışarkən sərt və aqressiv davranmayın, həmsöhbətinizin xətrinə dəyməyin. Əks təqdirdə başladığınız söhbəti bitirməyə çalışacaqlar. Uzaq səfərlərə yollanmayın. İctimai nəqliyyatdan az istifadə edin.

Axşam saatlarında normal istirahət edin.

Əqrəb – günün maliyyə fonu uğurlu deyil. Nəzərdə tutduğunuz alış-verişdən və bəzi planlardan imtina edin. Əks təqdirdə pul itirə bilərsiniz. Borc almayın. Həmin borcu qaytarmaq düşündüyünüzdən də çətin olacaq. Dəvət aldığınız, insanların gur olduğu yerlərə qatılmayın. Belə tədbir əhvalınızı pozacaq, sizi yoracaq.

Günün ikinci yarısında səyahət və ya səfər uğurlu alınacaq. İşgüzar səfərdə ehtiyatlı olun. Yeni tanışlıqlar uğurlu ola bilər. İlk dəfə gördüyünüz insana inanmayın, etibar etməyin.

Axşam saatlarında yaxşı təmaslar ola bilər.

Oxatan – günün ilk yarısında təlaş və ya həyəcan yaşana bilər. Gün uğurlu alınacaq. Ailə üzvləri ilə fikir ayrılıqları yaranacaq. Problemi dərhal həll etməyə can atın. Yaxınlarınızla münasibətlərinizi sərinləşdirən və çoxdan bəri həllini tələb edən müşkülü yeniləyin.

Günün ikinci yarısı dünyagörüşünün artırılması, bilik və bacarıqların zənginləşdirilməsi, intellektual fəaliyyət üçün əlverişlidir. Qərar və addımlarınız dəqiq olsun, yanılmayın. Ciddi səhvlərə yol verməyin.

Oğlaq – faydalı və məhsuldar çalışın. Uzun müddətdən bəri təxirə saldığınız işləri başa vurun. Yaxın ətrafınızdakı insanlar sizin kimi intensiv çalışmaq istəməyəcəklər. Onları dilə tutmaq heç bir fayda verməyəcək. Təkbaşına, tənha çalışmağa hazırlaşın.

Tanışlar və tərəfdaşlar sizi təəssüfləndirəcəklər. Onlar vədlərini unudur, planları dəyişir, sözləşməni unudaraq öz maraqlarını hər şeydən üstün tuturlar.

Sevdiyiniz insanla münasibətlərdə problemlər ola bilər. Düşünməyin ki, o insan sizinlə maraqlanmır. Qısqanclığa heç bir səbəb yoxdur.

Dolça – ideyalarınız pis deyil və yaxın ətrafınızdakı insanlar bunu etiraf edirlər. Layihə və niyyətlərinizin əksəriyyətini indiyədək sizdə rəğbət oyatmayan insanların hesabına reallaşdıra bilərsiniz. Yeni tanışlıqlar ola bilər. Dostluq və ya romantik münasibətlərin başlanması istisna deyil.

Çalışdığınız insanlarla dil tapın, onları anlamağa çalışın. Kəskin antipatiya hissləri yaratmayın.

Günün ikinci yarısı bilik və bacarıqların əldə olunması, təcrübənin zənginləşdirilməsi üçün əlverişlidir. Yaşlı və ya təcürəbli insanlarla ünsiyyətdə fayda var.

İmiclə cəsarətli eksperimentlər aparmaq olar.

Balıqlar – günün ilk yarısında münaqişələr və mübahisələr ola bilər. Toqquşmalarla qarşıdurmaların suçlusu sizsiniz. Bunu anlayın, etiraf edin. Vaxtınızı mübahisələrə sərf etməyin, güzəştə getməyi bacarın. Belə olarsa, situasiya dəyişəcək, müsbət təmayüllərin təsiri artacaq. Saatlar keçdikcə münasibətlərdəki harmoniya yerini alacaq. Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirəcək.

Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı qərarlar qəbul etməyin. Pul xərcləməyə tələsməyin. Maliyyə vəsaitinizin yetərli olduğunu düşünsəniz, yanılanacaqsınız. Adi günlərdən fərqli olaraq kənar adamlar işlərinizə daha çox qarışacaqlar. Onlar məsləhət verir, doğru yol göstərməyə çalışırlar. Məsləhət istəmədiyiniz halda belə vəziyyət yaşanır.

Bildiyiniz kimi davranın, doğru hesab etdiyiniz yolla gedin.

Continue Reading

Previous: “Hacı Şahin müalicədən imtina edərək…” – Həkim (FOTO)
Next: Laçın-Xankəndi yolundakı aksiyanin 82-ci GÜNÜ

Bölmənin digər xəbərləri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb
  • Dünya

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

6 May, 2026
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
  • Cəmiyyət

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər

5 May, 2026
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
  • Dünya

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

5 May, 2026

Top 7 Xəbər

Krıma PUA hücumu zamanı beş nəfər ölüb 1

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

6 May, 2026
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər 2

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər

5 May, 2026
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb 3

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

5 May, 2026
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu 4

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

5 May, 2026
Sumqayıtda avtomobil yolu çöküb 5

Sumqayıtda avtomobil yolu çöküb

5 May, 2026
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək 6

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

5 May, 2026
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib 7

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

5 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 375)
  • Dünya (3. 351)
  • Gündəm (11. 716)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9375) Dünya (3351) Gündəm (11716) Kateqoriyasızlar (491) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Krıma PUA hücumu zamanı beş nəfər ölüb 6 May, 2026
  • Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər 5 May, 2026
  • Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb 5 May, 2026
  • Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu 5 May, 2026
  • Sumqayıtda avtomobil yolu çöküb 5 May, 2026
© Addim.az | MoreNews by AF themes.