Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Venera Qoç bürcünə keçdi – Martın 17-nə qədər həyatınızda nələr baş verəcək?
  • Cəmiyyət
  • Gündəm

Venera Qoç bürcünə keçdi – Martın 17-nə qədər həyatınızda nələr baş verəcək?

Bu gün həm Balıq bürcündə yeni Ay müşahidə olunub, həm də Venera planeti Qoç bürcünə keçib. Bütün bunlar
Cavidan 21 Fevral, 2023
tia_946b025b51cf1b9c16edf977a3519e7a_it5f2le0sm8grn7py6xc

Bu gün həm Balıq bürcündə yeni Ay müşahidə olunub, həm də Venera planeti Qoç bürcünə keçib. Bütün bunlar isə bürclərə təsirsiz ötüşməyəcək.

Veneranın Qoç bürcünə keçməsi ümumilikdə eşq və münasibətlərdə eqonun ön plana çıxacağına işarə edir. Qoç Marsın idarə etdiyi od elementinə mənsub bürc olduğundan aqressiyanı artıra bilər. Bu günlərdə insanlara qarşı səbirli olmaq çox daha çətinləşəcək. Çalışın bu dövrdə enerjinizi dava və mübahisələrə sərf etməyəsiniz.

Münasibətlərdən əlavə, düşüncəsiz alış-veriş də sizə zərər verə bilər. Balıq bürcündə yeni Ayın yüksəlməsini də nəzərə alsaq, ruhi sağlamlığınızı yaxşılaşdırmaq üçün emosional xərcləmələrə meylli olacaqsınız.

Venera 17 marta qədər Qoç bürcündə olmağa davam edəcək. Bəs bu, bürclərə necə təsir edəcək? 

Qoç

Əziz Qoçlar, bürcünüzdə olan Venera sizə bu dövrdə sevgi gətirə bilər. Yeni flirtlər və həyəcanlar yaşaya bilərsiniz. Bununla belə, yüksək enerjiniz səbəbindən xəyal qırıqlığına da açıqsınız. Gərgin enerji altında olacağınız üçün mübahisələrdən yayınmağınız çətin olacaq. Keçmişdə münasibət yaşadığınız şəxslərdən yenidən sizinlə əlaqəyə cəhd etmək istəyənlər olacaq. Bu insanlara qarşı eqo savaşına girməmək faydalı olar.

Buğa

Yaradıcılığınızın yüksək olacağı bir dövrdür. Bədii işlər və hobbilərlə məşğul ola bilərsiniz. Hətta bu məşğuliyyətlər sizə pul da qazandıra bilər. Ruhani məsələlərlə maraqlanacaqsınız. Bu dövrdə meditasiya etmək sizə yaxşı təsir göstərər.

Əkizlər

Marsın da bürcünüzdə olduğunu nəzərə alaraq, tələsik qərarlar verməkdən çəkinməlisiniz. Qəfil dəyişikliklərə və yeniliklərə açıqsınız. Bu isə bəzi məyusluqlar da gətirə bilər. Qəzalar və ehtiyatsızlıqla üzləşməyiniz ehtimalı var.

Xərçəng

Veneranın Qoça keçidi eşq həyatınızda dominant bir insanla qarşılaşa biləcəyinizi göstərir. Həyat yoldaşınız və ya tərəfdaşınızla münasibət qurmaq daha çətin ola bilər. Dostlarınızla fikir ayrılıqları yaşayacaqsınız, gizli düşmənləriniz üzə çıxacaq.

Şir

Venera sevgi münasibətlərində sizin üçün xeyirli olacaq, ancaq yüksək gərginlikli məsələlərdən uzaq durun. Eşq həyatınız aktivləşəcək. İşgüzar məsələlərdə dəstək hiss edəcəksiniz.

Qız bürcü

İşlərinizdə əngəllərlə üzləşəcəksiniz. Daha ehtiyatlı davranmağa çalışarkən səbirsizlik göstərə bilərsiniz. Gündəlik işlərinizdə və şəxsi həyatınızda sizi qəzəbləndirəcək nüanslarla qarşılaşacaqsınız.

Tərəzi

Venera sizə ancaq yaxşılıq gətirəcək. Eşq həyatınızda sizi xoşbəxt edən anlar yaşanacaq. Özünüzü həmişəkindən daha gümrah hiss edəcəksiniz. Qazanc baxımından da şanslı günlərdən keçəcəksiniz.

Əqrəb

Venera Qoç bürcündə olarkən özünüzü narahat və bədbəxt hiss edə bilərsiniz. Hər kəsin pis niyyətli olduğunu və sizə zərər verməyə çalışdığını düşünmək ehtimalınız böyükdür. Yaxşı niyyətli hesab etdiyiniz insanlar sizdə məyusluq yaradacaqlar. Ancaq qazanc və iş baxımından yaxşı şanlar qazanacaqsınız.

Oxatan

Həm şəxsi həyatınızla, həm də karyeranızla bağlı məsələlərdə işlərin sürətlənməyi sizi sevindirəcək. Ancaq unutmayın ki, siz laqeydliyə və qəlbqırmağa meyillisiniz. Həyatınızdakı gözəl insanlar mənəvi baxımdan sizi tətmin edəcəklər. Maraqlı məlumatlar eşidəcək, işinizə yarayacaq ipucları əldə edəcəksiniz.

Oğlaq

Veneranın Qoçda hərəkəti zamanı şəxsi həyatınızda əhəmiyyətli dəyişikliklər baş verə bilər. Qəfil və gözlənilməz hadisələr nəticəsində həyata baxışınız dəyişəcək.

Dolça

Qazanclarınız artacaq. Sizdə yeni, funksional hobbilərə maraq yaranacaq. Diqqət mərkəzində olacağınız məqamlar yetişəcək, populyarlıq qazanacaqsınız.

Balıqlar

Özünüzü olduqca tənha hiss edəcəksiniz. Özünüzə qapanmaqdan narahat olmayın. Ruhən  dincəlib sağalmaq üçün bu yaxşı bir üsul ola bilər. Bir müddət əlinizi-ətəyinizi hər şeydən çəkib sevdiyiniz məşğulliyyətlərə vaxt ayıra, musiqi, film və kitab aləmində özünüzü unuda bilərsiniz.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək
Next: Ramiz Novruz vəfat etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.