Həbsdə olan jurnalist, “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) cinayət işi icraata verilib.
Unikal.org-un məlumatına görə, M.Ələkbərovun işinə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.