Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 478)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İraqda həbsdə saxlanılan daha 38 azərbaycanlı uşaq ölkəmizə gətirildi – RƏSMİ

Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata
Cavidan 28 Oktyabr, 2021

Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib.

İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Nəticədə Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycana gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.

“Qeyd olunmalıdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək”, – məlumatda bildirilib.

Continue Reading

Previous: Azərbaycanda zəlzələ oldu
Next: Növbəti qurban siz olmayasız deyə, bu səsə qulaq asın – Video

Bölmənin digər xəbərləri

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib
  • Cəmiyyət

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib
  • Cəmiyyət

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025
Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib
  • Cəmiyyət

Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib

11 Dekabr, 2025

Top 7 Xəbər

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 1

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 2

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025
Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 3

Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib

11 Dekabr, 2025
XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb 4

XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb

11 Dekabr, 2025
Sabah hava yağmursuz olacaq 5

Sabah hava yağmursuz olacaq

11 Dekabr, 2025
Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib 6

Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib

11 Dekabr, 2025
Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib 7

Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 478)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8478) Dünya (3046) Gündəm (10594) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 11 Dekabr, 2025
  • Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 11 Dekabr, 2025
  • Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 11 Dekabr, 2025
  • XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb 11 Dekabr, 2025
  • Sabah hava yağmursuz olacaq 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.