Skip to content
11 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Tehrandakı səfirliyimizin fəaliyyəti bu halda bərpa olunacaq – Bakı şərt qoydu
  • Cəmiyyət
  • Gündəm

Tehrandakı səfirliyimizin fəaliyyəti bu halda bərpa olunacaq – Bakı şərt qoydu

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verdi. Başda səfir Əli Əlizadə
Cavidan 2 Fevral, 2023
1675251089_1674928977_ghjghjgh-1674815807 (1)

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verdi. Başda səfir Əli Əlizadə olmaqla, bütün diplomatlar və onların ailə üzvləri İrandan təxliyə olundu. 

Bəs, səfirliyin fəaliyyəti nə vaxt bərpa olunacaq? Bakının bununla bağlı hansı şərtləri var?

Mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini dayandırması səbəbsiz deyil və Bakının atdığı addım doğrudur:

“Azərbaycanla İran arasında diplomatik əlaqələr tam kəsilməyib. Sadəcə olaraq bu ölkədəki səfirliyimizin fəaliyyəti dayandırılıb. Buna səbəb İranın səfirliyi qoruya bilməməsi, diplomatik missiyalara tamamilə başqa gözlə, terrorçu gözü ilə baxması olub”.

Politoloq hesab edir ki, hazırkı gərgin vəziyyət uzun çəkməyəcək: 

“Mən vəziyyətin həmişəlik belə qalacağını düşünmürəm. Vəziyyət tələb etdikdə, səfirliyimiz İranda öz işinə davam edəcək. Ancaq bunun üçün İran bir sıra şərtləri ödəməlidir. Səfirliyə hücum edən terrorçunun təhqiqatı obyektiv aparılmalı, hücumçunun terrorçu olması və arxasında hansı siyasi qüvvələrin olması bəyan edilməlidir. Belə olan halda səfirliyin bərpası mümkündür. Eyni zamanda İranda yaşayan 40 milyona yaxın azərbaycanlının müəyyən hüquqlarının bərpa olunması səfirliyin fəaliyyətinin bərpa edilməsinə şərait yarada bilər”.

Politoloq Fikrət Sadıqov isə düşünür ki, ilk növbədə istintaqın gedişatına nəzarət etmək lazımdır. Onun sözlərinə görə, İran Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyə borcudur:

“Çalışmalıyıq ki, istintaq şəffaf şəkildə aparılsın. Terrorçu hansı niyyətlə səfirliyimizə hücum edib, onun arxasında hansı qüvvələr dayanıb, kim bu hücumda maraqlıdır və faktlar üzə çıxarılmalıdır. Məncə, İran-Azərbaycan münasibətlərinin taleyi məhz istintaqın nəticələrindən asılı olacaq”.

“Bizə konkret nəticə lazımdır. Qoy, rəsmi Tehran bu hücumun arxasında kimlərin dayandığını, bu qüvvələrin konkret niyyətlərinin nə olduğunu öyrənib, bizə xəbər versin. Əks halda münasibətlərimiz təbii ki, gərgin olaraq qalacaq. Hər halda bizim heç bir günahımız yoxdur. Gərginliyin daha da kəskinləşməsində maraqlı deyilik. Bu baxımdan Azərbaycan Təbrizdəki baş konsulluğunu bağlamaq niyyətində deyil. Bir şərtlə ki, Baş konsulluğa da təhlükə yaranmasın”, – sabiq diplomat əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İkinci “Togg” elektromobili İlham Əliyevə veriləcək
Next: Martda 14 gün iş olmayacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 174521
  • Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 160045
  • Cəmiyyət

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 151047
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 718)
  • Dünya (3. 452)
  • Gündəm (11. 941)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-10 174521 1
  • Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

10 İyul, 2026
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub Screenshot 2026-07-10 172427 2
  • Dünya

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

10 İyul, 2026
Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH Screenshot 2026-07-10 162939 3
  • Siyasət

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH

10 İyul, 2026
Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib Screenshot 2026-07-10 160045 4
  • Cəmiyyət

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

10 İyul, 2026
Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ Screenshot 2026-07-10 151047 5
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9718) Dünya (3452) Gündəm (11941) Kateqoriyasızlar (521) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.