Skip to content
8 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • DİN Polis Akademiyasına qəbul elan etdi – VİDEO
  • Cəmiyyət
  • Gündəm

DİN Polis Akademiyasına qəbul elan etdi – VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu üçün müsabiqə elan
Cavidan 21 Yanvar, 2023
1674286799.DIN

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu üçün müsabiqə elan edilib.

Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.

Belə ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.

Sənədlərin qəbulu 2023-cü il yanvar ayının 23-dən mart ayının 4-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin oxuduğu təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd;
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
–oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 454-12-78, (012) 590-98-16.
Abituriyentlərin fiziki hazırlıq üzrə verəcəkləri minimal normativlər aşağıdakılardır:

  • turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar – 8 dəfə;
  • qaçış 100 metr məsafəyə – 15 saniyə, 1000 metr məsafəyə – 4 dəqiqə;
  • qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;
  • arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə;

Fiziki hazırlıq normativləri ödəyə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.

Polis Akademiyasında tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunular.

Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “20 Yanvar” günü Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs HƏBS OLUNDU
Next: Dövlət xidməti vergi ödəyicilərinin müraciət etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 161423
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 160047
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 153017
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 700)
  • Dünya (3. 443)
  • Gündəm (11. 930)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək Screenshot 2026-07-07 161423 1
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

7 İyul, 2026
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib Screenshot 2026-07-07 160047 2
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

7 İyul, 2026
Generala yüksək vəzifə verildi Screenshot 2026-07-07 153017 3
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

7 İyul, 2026
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? Screenshot 2026-07-07 150315 4
  • Gündəm

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

7 İyul, 2026
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı bagca 5
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9700) Dünya (3443) Gündəm (11930) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.