Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Generallar Kəlbəcərdə – VİDEO
  • Cəmiyyət
  • Gündəm

Generallar Kəlbəcərdə – VİDEO

Müdafiə nazirinin tapşırığına uyğun olaraq nazir müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru
Cavidan 29 Dekabr, 2022
1672308746.dd90ce12-d8c8-3142-b8d0-5f1274d9ba9b

Müdafiə nazirinin tapşırığına uyğun olaraq nazir müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələrinə baxış keçiriblər və döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni yerləşmə məntəqələrində qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün yüksək peşəkarlıqla tikinti-quruculuq işləri aparılıb və bütün zəruri şərait yaradılıb.
Burada qərargah, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, müxtəlif təyinatlı anbarlar, döyüş və avtomobil texnikasının saxlanması üçün park, eləcə də digər infrastruktur obyektləri mövcuddur.

Yerləşmə məntəqələrində işıq, su və dayanıqlı rabitə, xətləri çəkilib, mərkəzləşdirilmiş istilik sistemi, eləcə də fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri ilə təchiz edilib.

Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra onların döyüş hazırlığı yoxlanılıb. Hərbi qulluqçular sərt iqlim və kəskin relyefli ərazilərdə hərəkəti təmin edən xüsusi təyinatlı texnikadan və tanklardan istifadə etməklə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Daha sonra Kəlbəcərdə yerləşən bir neçə döyüş mövqeyində olan nazir müavinləri burada hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıblar.
Məruzə olunub ki, azad edilmiş ərazilərdə xidmət edən şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.

Hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş hazırlığının yüksək qiymətləndirib və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də Yeni il münasibətilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb və bayram hədiyyələrini təqdim ediblər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Naxçıvanda dövlət qurumlarının saytı “GOV.AZ”a köçürüldü
Next: İlham Əliyev və xanımı “Şabran” İstirahət Kompleksinin açılışında

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 160646
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Cavidan 2 İyul, 2026
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 684)
  • Dünya (3. 432)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 1
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 2
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 3
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 4
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 5
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9684) Dünya (3432) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.