Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar – SİYAHI
  • Cəmiyyət
  • Gündəm

Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar – SİYAHI

Azərbaycanda bu il bir neçə sabiq nazir, icra başçısı və deputat dünyasını dəyişib. Siyahısını təqdim edirik: Ötən gün
Cavidan 4 Noyabr, 2022
1667562234_unikal.az

Azərbaycanda bu il bir neçə sabiq nazir, icra başçısı və deputat dünyasını dəyişib.

Siyahısını təqdim edirik:

Ötən gün Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Sabiq nazir ürək çatışmazlığından vəfat edib. F.Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Bu ilin yanvar ayında Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə “Güvən” şirkətinin baş direktoru vəzifələrində çalışıb. XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Həmçinin yanvar ayında Ağsu rayonunun keçmiş icra başçısı Azər Səfərov 70 yaşında vəfat edib. O, 1993-cü ildən 2002-ci ilə qədər Ağsu Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Cari ilin iyun ayında Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev 81 yaşında vəfat edib. M.Abdullayev 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

İyun ayında Biləsuvar Ağsaqqallar Şurasının sədri, sabiq icra başçısı Əli Babayev dünyasını dəyişib. Ə.Babayev 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Avqust ayında Zərdabın sabiq icra başçısı Tofiq İmanov vəfat edib. O, 77 yaşında infarktdan dünyasını dəyişib. T.İmanov 1996-2005-ci illərdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olub.

Oktyabrın 31-də Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2006-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmçinin, Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri və icra başçısının müavini işləyib.

Oktyabr ayında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə 70 yaşında onkoloji xəstəlikdən vəfat edib. A.Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin və V Çağırış Milli Məclisin deputatı olub.

Bu ilin oktyabr ayında daha bir ictimai-siyasi xadim, keçmiş deputat Surxay Tağızadə 90 yaşında vəfat edib. S.Tağızadə 1985-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident bu ölkə ilə sazişi təsdiq etdi
Next: Güclü külək olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

Cavidan 3 İyul, 2026
Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Cavidan 3 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 688)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Screenshot_20260703_155046_com_android_chrome_ChromeTabbedActivity 1
  • İdman

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

3 İyul, 2026
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity 2
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

3 İyul, 2026
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Screenshot_20260703_135432_com_android_chrome_ChromeTabbedActivity 3
  • Cəmiyyət

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

3 İyul, 2026
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 4
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 5
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9688) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.