Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Dərsdə vəfat edən qızın atası da eyni səbəbdən ölübmüş – Foto

Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb. “Qafqazinfo” xəbər verir ki, Çaldaş kənd məktəbinin
Cavidan 19 Oktyabr, 2022

Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

“Qafqazinfo” xəbər verir ki, Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov Modern.az-a Zarinanın özünəqapalı qız olduğunu bildirib, onun ölümü haqda danışıb: “Onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.

Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş: “Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdi, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”.

A.Səmədov qızın atasının da gənc yaşlarında qəflətən dünyasını dəyişdiyini deyib: “Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”.

Kənd bələdiyyəsindən sayta bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.

Qeyd edək ki, Zarina Əzizovanın ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Onun atası da eyni səbəbdən vəfat edib.

Xatırladaq ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

Z. Əzizovanın fotolarını təqdim edirik:

Continue Reading

Previous: Rəqsanə niyə “vor zakon” kimi danışır?
Next: İran səfirliyi sərhəddəki təlimlərlə bağlı açıqlama YAYDI

Bölmənin digər xəbərləri

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Cəmiyyət

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi
  • Cəmiyyət

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Cəmiyyət

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026

Top 7 Xəbər

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 1

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi 2

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 3

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 4

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 5

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

30 Mart, 2026
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər 6

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

30 Mart, 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir 7

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

30 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9143) Dünya (3286) Gündəm (11478) Kateqoriyasızlar (476) Kriminal (1358) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 30 Mart, 2026
  • Bu xəstəxanaya baş həkim təyin edildi 30 Mart, 2026
  • Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 30 Mart, 2026
  • Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 30 Mart, 2026
  • Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 30 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.