Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Rəqsanə niyə “vor zakon” kimi danışır?
  • Cəmiyyət
  • Gündəm

Rəqsanə niyə “vor zakon” kimi danışır?

Bir neçə gündür müğənni Rəqsanə İsmayılova ilə teleaparıcı Sərxan Kərəmoğlu arasındakı münaqişə barədə səs yazıları yayılmaqdadır. “Qafqazinfo” xəbər
Cavidan 19 Oktyabr, 2022
MyCollages_-_2022-10-19T104820.569

Bir neçə gündür müğənni Rəqsanə İsmayılova ilə teleaparıcı Sərxan Kərəmoğlu arasındakı münaqişə barədə səs yazıları yayılmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, tərəflər bir-birilərini şəxsi həyatları ilə bağlı ittiham edib. Son yayılan səs yazısında isə S.Kərəmoğlu Rəqsanəni polisə verəcəyini bildirib, qarşı tərəf də buna sərt reaksiya verib. Rəqsanə İsmayılova S.Kərəmoğluna göndərdiyi səsli mesajda hüquq-mühafizə orqanlarını aşağılayıcı tonda saymadığını, heç kimdən çəkinmədiyini bildirib. Kriminal jarqonla danışan müğənni, hətta “Məni polislə qorxudursan? Polis mənə nə edəcək?”, “Mənə heç kim heç nə edə bilməz”, kimi ifadələr işlədib. Rəqsanə, həmçinin bildirib ki, aparıcı Sultanın başına oyun açılarkən onu “bir kəlmə ilə” xilas edib.

O da məlum olub ki, tərəflər arasında qalmaqal Sərxan Kərəmoğlunun Rəqsanənin qızı Aysun barəsində səsləndirdiyi fikirlərdən sonra başlayıb. S.Kərəmoğlu Aysunun evliliyinin saxta olduğunu, onun qeyri-sağlam həyat tərzi sürdüyünü iddia edib. Bundan sonra Rəqsanənin Moskvada yaşayan həyat yoldaşı Fazil Əmiraslanov Sərxana zəng edərək onu təhqir edib. Bu minvalla tərəflər bir-birinin ünvanına bir neçə dəfə təhqir və ittihamlar səsləndiriblər.

Son səs yazısında Rəqsanənin Sərxan Kərəmoğlunun onu polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi qalmaqalı daha da şiddətləndirib. Bu səs yazısında Rəqsanənin avtoritetsayağı danışıq tərzi, dövlət qurumlarını saymadığını bildirməsi isə əlavə müzakirələrə səbəb olub.

https://youtube.com/watch?v=OB4dpRc4xc8

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki şəxs arasında baş vermiş telefon danışığının yayılmasına görə ilk olaraq səs yazısını yayan şəxs məsuliyyət daşıyır: “Bu kimi hadisələrdə danışıq iki nəfər arasında və gizli baş tutduğundan orada nə danışılması hüquqi məsuliyyət yaratmır. Əgər həmin şəxs polisin ünvanına və ya digər bir şəxsin ünvanına televiziyada, kütləvi tədbirdə, küçədə təhqirlər səsləndirsəydi, bu məsələ Cinayət Məcəlləsi ilə tənzimlənərdi. Lakin şəxsi həyata aid olan şəxsi yazışmalar zamanı səsləndirilən fikirlər cinayət məsuliyyəti yaratmır. Əlbəttə, arzuolunandır ki, insanlar şəxsi danışıq və yazışmalarında da etik qaydalara riayət etsinlər. Bu kimi səs yazılarının ictimailəşməsi ictimai qınaq yarada bilər, şəxslərin nüfuzuna təsir edə bilər. Lakin bir daha qeyd edim ki, telefonda şəxsi danışıqlar zamanı ilk olaraq onu yayan şəxs məsuliyyət daşıyır. Bununla bağlı Cinayət Məcəlləsində 155-ci – yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma maddəsi mövcuddur”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezidentin sərgi iştirakçılarına MÜRACİƏTİ
Next: Dərsdə vəfat edən qızın atası da eyni səbəbdən ölübmüş – Foto

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.