Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 073)
  • Dünya (3. 262)
  • Gündəm (11. 401)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 350)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Meyvə-tərəvəz, ərzaq od qiymətindədir, satan da narazıdır, alan da… – PROBLEM

Payızın ikinci ayında ölkədə meyvə və tərəvəz məhsullarının qiyməti kəskin bahalaşıb. Paytaxtı bu məhsullarla təmin edən “Meyvəli” topdansatış
Cavidan 13 Oktyabr, 2021

Payızın ikinci ayında ölkədə meyvə və tərəvəz məhsullarının qiyməti kəskin bahalaşıb. Paytaxtı bu məhsullarla təmin edən “Meyvəli” topdansatış ticarət mərkəzində apardığımız müşahidələr göstərir ki, avqust- sentyabr ayları ilə müqayisədə əksər məhsulların qiyməti xeyli yüksəlib.

Məsələn, ötən ay Xaçmaz rayonundan gətirilən pomidor 30-32 kiloqramlıq yeşikdə 15-16 manata təklif olunurdusa, hazırda bu rəqəm 40-45 manata qalxıb – təqribən 3 dəfə bahalaşma. Bir neçə həftə öncə 10 kiloqramlıq kisəsi 3-4 manata satına xiyar isə hazırda 11-12 manata təklif edilir. Lobya 1.8-2 manat, kartof, 60-90 qəpik, soğan 35-50 qəpik, kələm 80-90 qəpik, yerkökü 1.2-1.5 manat, çuğundur 1 manat, şirin bibər 80, acı bibər 60 qəpik, sarımsaq 3.50-5 manata satılır. Nəzərə alsaq ki, bu ticarət mərkəzində göstərilən qiymətlər ancaq topdansatış üçündür. Burada alıcılara kiloqramla mal nadir hallarda satılır.

Meyvələrdən nektarin, alma, üzüm mandarin, portağalın qiymətində yüksəliş var. Mövsümü yeni başlayan narın müxtəlif sortlarını isə 80 qəpikdən 3 manata qədər almaq mümkündür. Qeyd edək ki, bəzi istisnalarla bu qiymətlər Dövlət Statistika Komitəsinin açıqladığı aylıq qiymətlərlə uyğun gəlir.

Qusar rayonundan bazara tərəvəz gətirən Xudukərim Şahverdiyev deyir ki, qiymətlər məsulların qıtlaşmasına görə bahalaşıb. Onun sözlərinə görə, bostanlarda, bağlarda artıq meyvə-tərəvəz qalmayıb: “Biz axırını yığıb-yığışdırıb gətiririk. Son günlər yağışlar da camaata imkan vermədi ki, bostanını yığsın, çox adamınkı zay oldu”.

Xaçmazdan pomidor gətirən Şirin Eyvazov da onunla həmfikirdir, dediyinə görə, kəndlinin əlində satlıq məhsul qalmayıb: “Bundan sonra gətiriləcək məhsullar iri təsərrüfatlardan olacaq. Parniklərdən, saxlama kameralarından bazarlara məhsullar daşınacaq. O zaman qiymət indikindən daha baha olacaq”.

Arabaya 2 kisə kartof, bir yeşik pomidor, kələm, kök, göyərti yükləmiş alıcı Elxan Hacıyev deyir ki, şəhərdə kiçik meyvə-tərəvəz dükanı var: “Günaşırı bazara gəlib alıram, sonra məhəllədə camaata satıram. Əvvəl daha çox ala bilirdim, qiymətlər yaxşı idi, indi bahalıqıdr. Camaat alıb yeyə bilmir, ilin günün bu vaxtı kilosu 3 manata kimdir pomidor alan?!” E. Hacıyev deyir ki, aldığı məhsulun üzərində 35-40 faiz qiymət qoymağa məcburdur: “Bax bu kisəni (əli ilə arabadakı kartofu göstərir – müəllif.) 45 manata almışam, amma açıb tökürsən, bir hissəsi zay çıxır, əlimdə qalır, sata bilmirəm. Alıcıya deyə bilmərəm ki, necə var, elə də al…”

Son iki ayda ərzaq məhsullarının qiymətində də dəyişiklik var. Ötən ilin avqustunda 1 litri orta hesabla 2 manat 90 qəpiyə satılan günəbaxan yağı bu ilin avqustunda 4 manat 20 qəpiyə satılıb. Bahalaşma səviyyəsi 1 manat 30 qəpik və ya 45%-ə yaxındır. Xaricdən gətirilən günəbaxan yağı 42%, yerli günəbaxan yağı isə 51% bahalaşıb. Yerli qarğıdalı yağının qiymətində 36,5% və ya 1 manat 44 qəpik artım qeydə alınıb. Kəsmik 22%, şor 15%-ə yaxın bahalaşıb.

İqtisadçı Nemət Əliyev Pressklub.az-a bildirib ki, qida rasionunda tez-tez istifadə olunan ərzaqların bahalaşma səviyyəsi adamı heyrətləndirir: “Bu ilin sentyabr və oktyabr aylarında da qiymətlər artıb. Müqayisə olunan dövrdə orta aylıq əməkhaqqı vur-tut 1,8%, adambaşına düşən əhali gəlirləri isə cəmi-cümlətanı 0,7% çoxalıb. Cüzi əməkhaqqı, pensiya, sosial müavinət artımlarının bütünlüklə böyük bahalaşmanın yeminə çevrilməsi, əhalinin əlindəki ehtiyatların sürətlə əriməsi açıq şəkildə ortadadır və bunu gizlətmək mümkün deyil”.

İqtisadçının sözlərinə görə, dünyanın ən bahalı şəhərlərində bu dərəcədə bahalaşma yaşanmaz, yaşansa belə, bahalaşma ilə əhali gəlirləri arasında bu böyüklükdə fərq əmələ gəlməsinə imkan verilməz. “Nə normal hökumətlər, nə də xalqlar buna dözər. Odur ki, əhali gəlirləri ilə bahlaşma səviyyəsi arasındakı fərqin 2-cinin xeyrinə bu qədər böyüməsi ilk növbədə hökuməti düşündürməli və onu bahalaşmaya rəvac verən addımlar atmaqdan çəkindirməlidir. Görünən budur ki, bahalaşmanın geriyə dönüşü olmayacaq. Belə şəraitdə tək ümid əməkhaqları, pensiya və müavinətlərin təsirli dərəcədə artırılmasına, rəqabət qabiliyyətli yeni iş yerlərinin yaradılmasınadır ki, bunun da hələ səsi-sorağı eşidilmir”, -N. Əliyev vurğulayıb. //PRESSKLUB.AZ//

Continue Reading

Previous: Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı
Next: Yalançı təhsil şəbəkəsi iş başındadır – Diqqət!

Bölmənin digər xəbərləri

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • Cəmiyyət

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
  • Cəmiyyət

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026
Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib
  • Cəmiyyət

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

13 Mart, 2026

Top 7 Xəbər

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 1

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 2

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026
Naxçıvanda ana doğuşdan sonra ölüb 3

Naxçıvanda ana doğuşdan sonra ölüb

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub 4

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026
Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib 5

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

13 Mart, 2026
Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir 6

Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir

13 Mart, 2026
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır 7

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 073)
  • Dünya (3. 262)
  • Gündəm (11. 401)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 350)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9073) Dünya (3262) Gündəm (11401) Kateqoriyasızlar (472) Kriminal (1350) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 13 Mart, 2026
  • Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 13 Mart, 2026
  • Naxçıvanda ana doğuşdan sonra ölüb 13 Mart, 2026
  • Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub 13 Mart, 2026
  • Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.