Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Tələbə qızlar üçün KİRAYƏ EV VAR: Bəs tələbə oğlanlar?.. – ƏNƏNƏVİ PROBLEM
  • Cəmiyyət
  • Dünya

Tələbə qızlar üçün KİRAYƏ EV VAR: Bəs tələbə oğlanlar?.. – ƏNƏNƏVİ PROBLEM

“Yalnız qızlar üçün” başlıqlı elanlarla hər gün qarşılaşırıq. Ev sahiblərinin əksəriyyəti mənzillərini daha çox subay qadınlara, xüsusən də
Cavidan 24 Sentyabr, 2022
1663996357_0001

“Yalnız qızlar üçün” başlıqlı elanlarla hər gün qarşılaşırıq. Ev sahiblərinin əksəriyyəti mənzillərini daha çox subay qadınlara, xüsusən də tələbə qızlara kirayə vermək istəyir. Oğlan adı gələndə çoxları qəti şəkildə “yox” cavabını verirlər.

Mənzil sahiblərinin böyük əksəriyyəti bunun səbəbini qızların daha məsuliyyətli, evə, əşyalara qarşı daha ehtiyatlı, səliqəli davranması ilə əlaqələndirirlər. Tələbə oğlanların evi daha çox istismar etdiyini düşünürlər.

Ekspertlər isə deyir ki, problem bu günün deyil. Əvvəllər də tələbə oğlanlar ev tapmaqda çətinliklər çəkiblər.

Sosioloq Sadiq Rüstəmlinin sözlərinə görə, oğlanlara ev verilməməsinin səbəbi qızlarla müqayisədə evi təmiz saxlaya bilməmələri, evdəki əşyalarla olduqca kobud rəftardır. Bundan başqa, bir çox hallarda iki oğlan tələbə götürdüyü mənzilə başqa oğlan dostlarını da gizli şəkildə yerləşdirirlər ki, bu da adətən evini kirayə verən insanın narahatlığına səbəb olur. 

Ümumiyyətlə, azərbaycanlı oğlanlar kirayə ev öhdəliklərinə riayət edə bilmir: “Qız uşaqları evdən daha səliqəli istifadə edirlər. Oğlanlar isə bu istiqamətdə xeyli çətinliklərlə üzləşirlər. Təbii ki, mentalitet məsələlərinin də rolu böyükdür. Bəzən ailələr öz həyətlərində olan mənzilləri kirayə verir və istəmirlər ki, burada yad adamlar, xüsusilə də oğlan uşaqları yaşasınlar. Bəzi ailələr evdəki bir otağı kirayə verirlər. Bu, daha çox qızlara əlverişli şərait yaradır. Oğlanlar üçün imkanlar məhdudlaşır. Buna görə də bir sıra proyektlərin həyata keçirilməsinə ehtiyac yaranıb. Belə layihələri həyata keçirərkən oğlan tələbələrin yerləşdirilməsinə fokuslanmaq lazımdır. Bu, onların tərbiyəsi ilə bağlı cəmiyyətdə neqativ halların formalaşmasının da qarşısını alar. Düşünürəm ki, belə olsa, onların təhsilə meyli də artar. Proqramın genişləndirilməsi fonunda növbəti mərhələdə qız uşaqlarının kirayə problemini həll etmək lazımdır”.

Ekspert deyib ki, digər önəmli səbəb isə qızlardan fərqli olaraq kirayə yaşayan oğlan tələbələr evləri tez-tez dəyişə bilirlər. Çox halda bir neçə tələbə bir evdə kirayə qalır. Aralarında mübahisə düşən kimi biri digərindən aralanır ki, yox, mən artıq sənlə qalmaq istəmirəm:

“Bu zaman onlar mənzil sahibinə müraciət edirlər ki, məsələn, “biz 4 nəfər idik, iki nəfər getdi. Kirayə qiymətini yarıbayarı azaldın”. Təbii ki, bu da kirayə verənə sərfəli olmur. Yəni bu baxımdan oğlan tələbələr bəzən 9 aylıq tədris müddətində bir neçə dəfə ev dəyişirlər. Hətta eləsi olub ki, 5 dəfə mənzil dəyişən tələbələrə rast gəlmişəm. Təsəvvür edin, onların orada gələn aylarda qalıb, qalmayacaqları qeyri-müəyyəndir. Əksəriyyəti üçün fərqi olmur harada qalmaları. Təki onlara yer olsun. Hətta bəzən kirayə ev verənlər şikayətlənirlər ki, hansısa bir müddətə, aya çatanda tələbə oğlan borclu qalır. O pulu verməmək üçün belə evi tərk edirlər. Qısacası, ev sahibinə ciddi ziyan vururlar”.

Sosioloqun fikrincə, kirayə mənzillər verilərkən müqavilə bağlanarsa, hüquqi qaydada bu münasibətlər tənzimlənərsə, belə söhbətlərə yavaş-yavaş son qoyular:

“Kirayə mənzillərin verilməsi daha çox qara bazarda maklerlərə hörmət edilməsi ilə reallaşır, heç bir hüquqi əsası olmadığı üçün də bu problemlər yaranır. Halbuki, tələbələrə mənzil kirayə verilərkən mənzilin oğlan-qız üstündə dayanması əsassızdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün Mətbuat Şurasının 8-ci qurultayı keçiriləcək
Next: Ermənistan atəşkəsi yenə pozdu – Üç hərbçimiz yaralandı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 151507
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 135637
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 741)
  • Dünya (3. 453)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 1
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026
Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq Screenshot 2026-07-14 151507 2
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

14 İyul, 2026
Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH Screenshot 2026-07-14 145229 3
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

14 İyul, 2026
İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib Screenshot 2026-07-14 142048 4
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

14 İyul, 2026
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq Screenshot 2026-07-14 135637 5
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9741) Dünya (3453) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.