Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Parlamentin payız sessiyasının ilk komitə iclası keçirildi – YENİLƏNİB
  • Cəmiyyət
  • Gündəm

Parlamentin payız sessiyasının ilk komitə iclası keçirildi – YENİLƏNİB

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat
Cavidan 15 Sentyabr, 2022
1663247882_6323257cb39746323257cb397516632477406323257cb39726323257cb3973

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, iclasın əvvəlində son günlərdə Ermənistan tərəfinin sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Bəxtiyar Əliyev bu hadisələrlə bağlı fikirlərini bölüşüb.

İclasda komitə sədri qeyd edib ki, bu gün, həmçinin Bakının erməni-bolşevik işğalından azad olunması günüdür.

Bəxtiyar Əliyev bu gün, həm də növbəti dərs ilinin başlandığını deyərək, Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd orta məktəbində ilk dəfə dərslərin keçiriləcəyini söyləyib.

Sonra iclasın gündəliyinə daxil olan üç məsələyə baxılıb. Komitə sədri, əvvəlcə, Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, növbəti sessiya ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.

İclasda çıxış edən komitənin sədr müavini Musa Qasımlı, üzvləri İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Tamam Cəfərova, Kamilə Əliyeva, Müşfiq Məmmədli, Rafael Hüseynov, Pərvin Kərimzadə, Fatma Yıldırım komitənin cari ilin payız sessiyası üçün iş planı, yaz və növbədənkənar sessiyalarda görülən işlər, habelə təhsil sahəsində bir sıra aktual məsələlər barədə öz fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2022-ci il üçün iş planı təsdiqlənib, yaz və növbədənkənar sessiyaları ərzində görülmüş işlər qənaətbəxş hesab olunub.

Daha sonra iclasda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Bildirilib ki, sənəd Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə uyğun olaraq hazırlanıb.

Qanunun Sertifikat xidmətləri Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi ilə bağlı 9-cu maddəsinə təklif edilən əlavəyə görə, Mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***11:02

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk komitə iclası keçirilir.

Komitə sədri Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

3. “Elektron imza və elektron sənəd haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyev Ərdoğanla görüşdü – FOTOLAR
Next: MİDA-dakı satışa müdaxilələr olub – DTX-də cinayət işi başlandı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 120518
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 113529
  • Cəmiyyət

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 103851
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 657)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib Screenshot 2026-06-29 120518 1
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

29 İyun, 2026
Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil Screenshot 2026-06-29 113529 2
  • Cəmiyyət

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

29 İyun, 2026
Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur” Screenshot 2026-06-29 103851 3
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

29 İyun, 2026
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi Screenshot 2026-06-29 100122 4
  • Mədəniyyət

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

29 İyun, 2026
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq Screenshot 2026-06-29 092049 5
  • Cəmiyyət

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9657) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.