Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Polisə “dur get, internetimi düzəlt” dedi, həbs edildi
  • Cəmiyyət

Polisə “dur get, internetimi düzəlt” dedi, həbs edildi

Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə
Cavidan 6 Sentyabr, 2022
pol

Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Q. Ağayev yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdə internetin kəsildiyini görüb. Daha sonra yaşadığı ünvanı tərk edərək qəsəbənin mərkəzinə doğru hərəkət edib. Burada o, Qəbələ Rayon Polis Şöbəsinin sahə müvəkkilinin olduğu polis məntəqəsinə daxil olub. Sahə rəisi olan polis baş leytenantından evinin internetini düzəltdirməyini tələb edib və söyüş söyərək səs-küy salıb. Əraziyə əlavə polis əməkdaşları dəvət edildikdən sonra 41 yaşlı şəxs saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.

Qəbələ Rayon Məhkəməsində hadisə barədə ifadə verən polis sahə rəisi bildirib ki, sərxoş şəxs qəfil şəkildə onun xidməti otağına daxil olub: “Saat 14:45 radələrində Vəndam qəsəbəsində polis sahə rəisləri üçün nəzərdə tutulmuş polis məntəqəsində xidməti işimlə məşğul olarkən sonradan adını öyrəndiyim şəxs otağa daxil olub heç bir səbəb göstərmədən uca səslə “tez dur get, mənim internetimi düzəlt” deyərək qışqırmağa başladı, ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başladı. Həmin şəxsi sakitləşdirməyə çalışıb onun aqressiv olma səbəbini öyrənmək istədim. Vətəndaşın qeyri-ixtiyari hərəkətlər etdiyini müşahidə etdim və yaxın məsafədən nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss etdim. Səs-küyü eşidən polis sahə nəfəri otağa gələrək mənimlə birgə onu məntəqədən çölə çıxartmağa çalışdı, lakin o, tələbimizə qəsdən tabe olmayaraq sakitləşmədi”.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Q.Ağayevə 10 sutka həbs cəzası verilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: MN-dən erməni hərbçinin ölüm xəbərinə REAKSİYA
Next: “Soyuq havalarda yoluxma arta bilər” – Təyyar Eyvazov

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-29 103851
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 092049
  • Cəmiyyət

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 084341
  • Cəmiyyət

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 655)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur” Screenshot 2026-06-29 103851 1
  • Cəmiyyət

Rəsmi Bakıdan İsrailə çağırış – “Bu qərar ciddi narahatlıq doğurur”

29 İyun, 2026
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi Screenshot 2026-06-29 100122 2
  • Mədəniyyət

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

29 İyun, 2026
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq Screenshot 2026-06-29 092049 3
  • Cəmiyyət

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

29 İyun, 2026
Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək Screenshot 2026-06-29 084341 4
  • Cəmiyyət

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

29 İyun, 2026
London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 5
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9655) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.