Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Bakıda son illər görmədiyimiz tıxaclar olacaq…”
  • Cəmiyyət
  • Gündəm

“Bakıda son illər görmədiyimiz tıxaclar olacaq…”

Sentyabrın 15-i dərslər başlayandan sonra Bakı şəhərində nəqliyyatın hərəkətində ciddi çətiniklərin olacağı gözlənilir. Nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov
Cavidan 5 Sentyabr, 2022
tixac

Sentyabrın 15-i dərslər başlayandan sonra Bakı şəhərində nəqliyyatın hərəkətində ciddi çətiniklərin olacağı gözlənilir.

Nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov bildirib ki, cəmi bir həftədən sonra paytaxt küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik:

“Bunu güman etmək üçün qeyd etdiyim məqamlara diqqət etmək kifayətdir:

  • paytaxt metropoliteni genişlənmir, demək olar ki, yerində sayır (8-10 ilə bir stansiyanın istismara verilməsi yerində sayamaq kimi bir şeydir);
  • paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Belə davam etsə, dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil;
  • taksi aqreqatorları “hər kəsi ucuz qiymətə biz daşıyacağıq” devizini açıq səsləndirirlər. İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb;
  • ictimai nəqliyyatla qane olmayan, çox vaxt ona əli çatmayan və “ucuz taksi” şüarının keçici olduğunu bilən insanlar bütün imkanlarını səfərbər edərək fərdi avtomobil əldə etməkdədirlər. Köhnə, bəzən yarasız avtomobil sahibləri isə ondan bərk-bərk yapışıblar ki, yollarda qalmasınlar. Əslində fərdi avtomobillərin artması qorxulu deyil, çünki bu, firavanlıq, maddi rifahın yüksək olması deməkdir (inkişaf etmiş ölkələrdə belədir). Amm bizim dərdimiz odur ki, fərdi avtomobil nəinki ailənin, hətta bəzən qohum-qonşunun yeganə yerdəyişmə vasitəsi olur. Bu səbəbdən az qala hər kəsin avtomobili hər gün küçədə olur;
  • velosipedin real mobillik (yerdəyişmə) vasitəsinə çevirilməsi istiqamətində isə sadəcə söz-söhbət var;
  • tıxac yaradan digər səbəblər (müəyyən yerlərdə hərəkətin təşkilindəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s.) də yerində qalır”.

Ərşad Hüseynov əlavə edib ki, belə mənzərə fonunda tıxaclar qaçılmaz olur: “Nəticədə vaxtımız (ömrümüz), pulumuz, əsəblərimiz, əmək qabiliyyətimiz və s. yollarda xərclənir…

Ən kədərlisi odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur (varsa da, cəmiyyətə məlum deyil). Təbii ki, belə ola bilməz. Bu istiqamətdə real ciddi işlər görmək lazımdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Leysan olacaq, dolu düşəcək
Next: Peskov Kabildəki səfirlik yaxınlığında törədilən partlayışı terror adlandırdı

Bölmənin digər xəbərləri

oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 133228
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 659)
  • Dünya (3. 424)
  • Gündəm (11. 906)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 1
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb 2
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

29 İyun, 2026
Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb Screenshot 2026-06-29 133228 3
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

29 İyun, 2026
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər Screenshot 2026-06-29 125244 4
  • İdman

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

29 İyun, 2026
Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib Screenshot 2026-06-29 120518 5
  • Cəmiyyət

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9659) Dünya (3424) Gündəm (11906) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.