Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Tarixi səhvlər Laçın və digər ərazilərin işğalına gətirib çıxarmışdı” – RƏY
  • Cəmiyyət

“Tarixi səhvlər Laçın və digər ərazilərin işğalına gətirib çıxarmışdı” – RƏY

“Azərbaycan güclü ordusu, qətiyyətli siyasi iradəsi və yüksək səviyyəli dövlət idarəetməsi sayəsində tarixi zəfər əldə etməyi bacardı. Bu
Cavidan 22 Avqust, 2022
re

“Azərbaycan güclü ordusu, qətiyyətli siyasi iradəsi və yüksək səviyyəli dövlət idarəetməsi sayəsində tarixi zəfər əldə etməyi bacardı. Bu günlərdə Laçın şəhərinin, eləcə də Zabuxun və Susun işğalçılardan boşaldılaraq azad edilməsi yenə də Azərbaycanın gücünün və qətiyyətinin göstəricisidir. Ancaq biz heç vaxt torpaqlarımızın illər boyu erməni işğalı altında qalmasını unutmayacağıq”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Xalq olaraq nəyə görə alınmaz qalalarımızın, Vətən torpaqlarımızın işğala məruz qaldığının da səbəblərini bilməliyik. Bu təntənəli günlərimizdə o acı keçmişimizi ibrət üçün xatırlamalıyıq. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycan dövlətinin idarə edilməsində olduqca ciddi boşluqlara yol verildi. Milli gücümüz erməni işğalına qarşı deyil, ölkədaxili siyasi çəkişmələrə yönləndirildi. Hərc-mərclik, xaos, cəmiyyətdaxili intriqalar elə səviyyəyə gəlib çatdı ki, Azərbaycanda vətəndaş müharibəsi başladı, etnik və regionla separatçılıq baş qaldırdı”, – deputat əlavə edib.

O bildirib ki, həmin dövrün siyasi hakimiyyətləri isə bu intriqa və qarşıdurmanın tərəflərinə çevrildilər:

“Xarici siyasət və diplomatiya milli maraqları müdafiə edən vasitə olmaqdan çıxarıldı və Azərbaycana düşmənlər qazandıran alətə çevrildi. Ordu tamamilə dağıdıldı və ayrı-ayrı “siyasətçilərin” hərbiləşmiş dəstələrinə çevrildi. Bu, şübhəsiz ki, həmin dövrün siyasi hakimiyyətinin bacarıqsızlığı, idarəetməni bilməməsi, eyni zamanda dünyada baş verən geosiyasi proseslərdən baş çıxara bilməməsinin nəticəsi idi”.

“Bax, elə yol verilən bu cür tarixi səhvlər də ermənilərin torpaqlarımızın 20 faizini – bu gün haqqında danışdığımız Laçın və digər əraziləri – işğal etməsinə gətirib çıxardı. Xalqımız 30 il acı məğlubiyyətə məhkum edildi. Lakin bu gün düzgün və məqsədyönlü idarəetmə, milli maraqlarımıza xidmət edən xarici siyasət, strateji uzaqgörənlik və hərbi-siyasi qətiyyət sayəsində ərazi bütövlüyümüzü bərpa etdik. Bu, böyük tarixi zəfərimiz olmaqla həm də keçmişimizdən ibrət almaq üçün yaxşı bir dərsdir. Bu, xalq-hakimiyyət birliyinin və düzgün idarəetmənin təntənəsidir”, – Hikmət Babaoğlu əlavə edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident: “19 idman növündə medallar qazanmağımız ölkəmizdə idmanın uğurla inkişaf etdiyini göstərir”
Next: Azərbaycan Prezidenti: “Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 115314
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

Cavidan 1 İyul, 2026
u8HwkL02lcV
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 100140
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 669)
  • Dünya (3. 430)
  • Gündəm (11. 914)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb Screenshot 2026-07-01 115314 1
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

1 İyul, 2026
Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib” u8HwkL02lcV 2
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

1 İyul, 2026
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək Screenshot 2026-07-01 102316 3
  • İdman

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

1 İyul, 2026
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 4
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb Screenshot 2026-07-01 093721 5
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9669) Dünya (3430) Gündəm (11914) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.