Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanın müflis olmuş milyonçuları – SİYAHI
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanın müflis olmuş milyonçuları – SİYAHI

Azərbaycan milyonçularına görə dünya reytinqinə düşmüş ölkələrdəndir. Ölkənin milyonçuları onun güclü iqtisadiyyatının göstəricilərindəndir. Hazırda ölkədə və xaricdə yaşayan
Cavidan 7 İyul, 2022
1657193927_mill koll

Azərbaycan milyonçularına görə dünya reytinqinə düşmüş ölkələrdəndir. Ölkənin milyonçuları onun güclü iqtisadiyyatının göstəricilərindəndir. Hazırda ölkədə və xaricdə yaşayan xeyli azərbaycanlı milyonçu var. Lakin onlardan bəziləri zamanla müxtəlif səbəblərdən müflis olub. 
“Unikal” Azərbaycanın müflis olmuş milyonçularının siyahısını təqdim edir:

Azərbaycanın müflis olmuş milyonçuları - SİYAHI

Hacı Zeynalabdin Tağıyev 1830-cu illərdə Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlib. Sonradan milyonçuya çevrilən Tağıyev müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı idi. 

O, 1878-ci ildə neft quyusunun fontan vurmasından sonra Azərbaycanın məşhur milyonçusuna çevrilir. Bundan sonra o, enerji, balıqçılıq və digər sahələrdə də biznes qurur. 

Ölkədə saysız-hesabsız xeyriyyə əməlləri ilə tanınan milyonçunun bütün varidatı Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə alınır. 

Ona isə yalnız Mərdəkandakı bağ evi qalır. 

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də Bakıda vəfat edib. 

Azərbaycanın neft maqnatı, xeyriyyəçi və ictimai xadim Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, neftin Rusiyaya daşınmasında buxar gəmisindən ilk dəfə istifadə edən milyonçu idi. 

1860-cı ildən başlayaraq 15 il müddətinə milyonçu olan Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə yanaşı çəkilib. Onun bütün mülkləri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra kommunist rejimi tərəfindən milliləşdirilir. Bundan sonra məşhur milyonçu müflis olur. 

O, 1913-cü il 21 apreldə Yaltada 72 yaşında vəfat edib, meyiti sonradan Bakıya gətirilərək dəfn olunub. 

20-21-ci əsrin tanınmış milyonerlərindən AST-Telman kimi tanınan Telman İsmayılov 1956-cı ildə Göyçayda anadan olub. 

Azərbaycan, Türkiyə və Rusiyada biznes quran milyarder dünya ölkələrinin prezidentləri səviyyəsində tanınırdı. 

Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib. Bundan sonra o, həbs edilib. Müflis elan olunan milyarder siyasi sığınacaq əldə edərək həbsdən çıxmağı bacarıb. 

“Hafka” ləqəbi ilə tanınan əslən Naxçıvandan olan 58 yaşlı Hafiz Məmmədov “Bakı” futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, “Baghlan Group FZCO”nun prezidenti, eləcə də bir çox şəxsi biznesin sahibi idi. 

O, Naxçıvanda kasıb ailədə anadan olub. Ölkədə və xaricdə qurduğu biznes hesabına məşhur milyonerə çevrilir.  

İş adamı özü bildirib ki, onun müflisləşməsi 2013-cü ildə başlayıb. Amma o, bunu 3 il sonra bilib ki, onda da çox gec olub. Bundan sonra “Hafka”nın milyonlarla borcu yaranıb.

O, hazırda Bakıdakı milyonçular məhəlləsində yaşasa da, rəsmən müflis elan olunub. 

Rusiyanın, xüsusilə Sankt-Peterburq şəhərinin qida sahəsində ən böyük şirkətlərindən sayılan “İntertorq” şirkətinin və “Spar” ərzaq mağazalar şəbəkəsinin yerli franşizasının həmsahibi olan Allahverdi Abdullayev də yeni dövrün milyonçularından idi. 

Onun qardaşı – milyarder Müşviq Abdullayev ötən illərdə 500-dən çox mağazasının bağlanmasından sonra müflis olur. Allahverdi Abdullayev isə 2021-ci ildə “Sberbank”dan 8 milyard rubl (107 milyon dollar) vəsaiti oğurlamaqda təqsirləndirilərək həbs edilib. 

Bunlardan başqa, əvvəllər vəzifəsindən sui-istifadə edərək “milyonçu” olan bir çox məmurun mülkləri dövlət tərəfindən müsadirə olunub. Onların çoxu hazırda həbsdədir. 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 30 bağça müdiri işdən çıxarıldı
Next: Türkiyə ordusu 2 şəhid verdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.