Skip to content
10 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Business
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • Health
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Newsbeat
  • Siyasət
  • Sports
  • Stories
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
Canlı
  • Home
  • Cəmiyyət
  • Reabilitasiya mərkəzinin xəstələrə işgəncə verən 5 əməkdaşı həbs OLUNDU
  • Cəmiyyət

Reabilitasiya mərkəzinin xəstələrə işgəncə verən 5 əməkdaşı həbs OLUNDU

Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən “New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq
Cavidan 7 İyul, 2022
1657118703.62c59c66ab5bd62c59c66ab5be165711779862c59c66ab5b962c59c66ab5bb

Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən “New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.

Addim.az apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Hüseyn Məmmədovun valideyni və orada qalmış daha üç nəfər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasientlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş qismində tanınmış Hüseyn Məmmədov müalicə gedişində vəfat edib. Digər pasientlər Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib. İttihama görə onlar qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. İttiham olunan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttiham olunan şəxslər isə heç biri özünü təqsirli bilməyərək cinayət işinin materiallarında yazılanlarla razılaşmırlar.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri Anar Məmişov, Samir İsayev və digərləri vəsatət qaldıraraq cinayət işinin yenidən istintaqa qaytarılmasını və müvəkkillərinin ev dustaqlığına buraxılmasını istəyiblər. Bundan başqa, vəkil Anar Məmişov iş üzrə prokurorluğun rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkillərin vəsatətləri təmin olunmayıb.

Xatırladaq ki, “New Life Reabilitasiya Mərkəzinin bir müddət əvvələ kimi yüksək tələbələrə cavab verən mərkəz olması ilə bağlı telekanallarda reklamlar verilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Neft bahalaşdı
Next: Məktəb bufetlərində yoxlama aparılacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-09 111626
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

Cavidan 9 İyun, 2026
Screenshot 2026-06-09 104223
  • Cəmiyyət

XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT

Cavidan 9 İyun, 2026
Screenshot 2026-06-06 125402
  • Cəmiyyət

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Cavidan 8 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Business (6)
  • Cəmiyyət (9. 575)
  • Dünya (3. 401)
  • Gündəm (11. 856)
  • Health (1)
  • İdman (660)
  • İqtisadiyyat (599)
  • Kateqoriyasızlar (502)
  • Kriminal (1. 398)
  • Mədəniyyət (352)
  • Newsbeat (3)
  • Siyasət (3. 002)
  • Sports (1)
  • Stories (2)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək Screenshot 2026-06-09 111626 1
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

9 İyun, 2026
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT Screenshot 2026-06-09 104223 2
  • Cəmiyyət

XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT

9 İyun, 2026
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var Screenshot 2026-06-09 095740 3
  • İqtisadiyyat

Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

9 İyun, 2026
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq Screenshot 2026-06-09 092625 4
  • İdman

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq

9 İyun, 2026
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin “Apache” zərbə helikopteri qəzaya uğrayıb Screenshot 2026-06-09 085156 5
  • Dünya

NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin “Apache” zərbə helikopteri qəzaya uğrayıb

9 İyun, 2026

BÖLMƏLƏR

Business (6) Cəmiyyət (9575) Dünya (3401) Gündəm (11856) Health (1) Kateqoriyasızlar (502) Kriminal (1398) Mədəniyyət (352) Newsbeat (3) Siyasət (3002) Sports (1) Stories (2) Texnologiya (15) İdman (660) İqtisadiyyat (599)
  • Business
  • Sports
  • Stories
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.